adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Mart 2018 17:38
19072
ŞOU-BİZNES
A- A+

Növbəti barışıq Nigar Camalla oldu

Şou biznesdə növbəti barışıq əməkdar artisr Röya Ayxanla müğənni Nigar Camal arasında olub.

Adalet.az-ın məlumatına görə, barışıq addımı Röyadan gəlib.

Xatırladaq ki, müğənnilər arasındakı soyuqluq Türkiyədə keçirilən "Altın kelebek" mükafatlandırma gecəsində başlayıb. N.Camal əməkdar artisti sosial media üzərindən təbrik etsə də, onun bu addımını Röya qeyri-səmimi adlandırıb

Müğənni "Xəzər maqazin”ə açıqlamasında Nigarı çox istədiyini deyib:

"Yeganə adamdır ki, ona hirslənə bilmirəm. Düzdür, olanlara pis oldum. Onu çox istəyirdim. Amma sonra başa düşdüm ki, ona əsəbiləşə bilmirəm. Onun şeytan tükü var. Mən mübahisəni uzadan adam deyiləm. Acı dilim var, deyirəm, keçib gedir”.

Qeyd edək ki, bir müddət əvvəl Nigar Röya haqda "Məndə Röya ilə heç bir problem yoxdur” sözlərini demişdi.