adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Mart 2018 15:12
8782
GÜNDƏM
A- A+

Azərbaycana gələn İran vətəndaşları ilə bağlı yenilik

Martın 15-dən etibarən Azərbaycana səfər edən İran vətəndaşlarına giriş vizaları Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında rəsmiləşdirilir.

Bu barədə Adalet.az-a XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

XİN rəsmisi bildirib: "Bu qərarın dost və qonşu ölkələr olan Azərbaycan və İran arasında humanitar, iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına və insanlararası təmasların artmasına əsaslı töhfə verəcəyinə ümidvarıq".