adalet.az header logo
  • Bakı 20°C
19 Mart 2018 14:45
10775
GÜNDƏM
A- A+

Prezidentin köməkçisi seçki ilə bağlı KİV-ə müraciət etdi

"Kütləvi İnformasiya Vasitələrinin rolu prezident seçkilərində iştirak edən namizədlərin roluna bərabərdir”

Adalet.az-ın məlumatına görə, bunu prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Azərbaycan Respublikasının Prezident seçkilərində Kütləvi İnformasiya Vasitələrinin rol və vəzifələri" mövzusunda keçirilən seminar-müşavirədə çıxışında deyib.

Prezidentin köməkçisi bildirib ki, KİV-lər namizədlər üçün vahid qiymətin, o cümlədən vaxt və yerin ayrılmasını təmin etməlidir: "KİV-lər bütün namizədlər üçün bərabər şərait yaratmalıdır. Bu, KİV-lərin peşəkarlığından və Seçki Məcəlləsinin tələblərindən irəli gəlir. Seçki Məcəlləsinin pozulmamasına xüsusi diqqət yetirilməlidir".

Əli Həsənov qeyd edib ki, KİV-lərdə ölkə prezidentinin cari fəaliyyətinin işıqlandırılması ilə prezidentin təbliği arasında cizgi pozulmamalıdır.

"Mən KİV-lərin peşəkarlıqla bu məsələnin öhdəsindən gələcəyinə inanıram. Digər tərəfdən pullu efir vaxtı ilə Seçki Məcəlləsinin tələbləri pozulmamalıdır. Bir namizəd üçün müəyyən edilən qiymət, ayrılan vaxt digər namizəd üçün də olmalıdır".