adalet.az header logo
  • Bakı 7°C
20 Mart 2018 10:40
13415
GÜNDƏM
A- A+

HACI ŞAHİNİ QINAYANLARA BİR-İKİ KƏLMƏ

Tanınmış din xadimi, ilahiyyatçı Hacı Şahinin bu günlərdə mətbuata çox maraqlı bir müsahibəsi dərc olunmuşdu. Ümumiyyətlə, bu şəxsin dini baxışları həmişə maraqla qarşılanıb. Müsahibədə onu da deyirdi ki, Peyğəmbər həzrətləri də Novruz bayramını qeyd edirmiş və tutarlı faktlar da gətirib. İndi baxıram həm mətbuatda, həm də sosial şəbəkələrdə buna görə Hacı Şahini qınayanlar müzakirə aparır.

Bahar dünyanın oyanışıdı, təzələnməsidi, yenidən doğulmasıdı. İnsanlara sevinc gətirir, dünya çiçəkləyib gülür və o çiçəklər insanların üz-gözünə qonur. Və bəlkə də neçə min ildi dinindən, dilindən, irqindən asılı olmayaraq insanlar bu günün gəlişini gözləyir və bunu qeyd edirlər .

Sibir xalqlarının tarixini bir vərəqləyin, görəcəksiz ki, hələ 2-3 min il bundan əvvəl baharın gəlişini bayram edirdilər. O da bir faktdır ki, Təktanrılıq dünyaya Sibirdən, türklərdən yayılıb.

Uzatmayaq, Peyğəmbərin (ə.s.) baharın gəlişini qeyd eləməsinə nədən inanmırsız?