adalet.az header logo
  • Bakı 7°C
20 Mart 2018 11:02
12510
GÜNDƏM
A- A+

YAPONLAR DA NOVRUZ BAYRAMI KEÇİRİR

Düzdür, onlar bu bayramı Novruz adlandırmırlar, Bahar bayramı adlandırırlar. Amma onlar da bizim kimi tonqallar qalayır, tonqalların ətrafında rəqs edir, dualar oxuyurlar.

Amma onlarda bizdən fərqli (heç bizlərə məsləhət də bilmirəm) bir ayin də var. Deməli, tonqal közə düşəndən sonra dua oxuyan rahiblər ayaqyalın közün üstü ilə yeriyirlər. Çox qəribədir ki, ayaqları da yanmır. Və bir də onlar tonqalın üstündən hoppanmır, ətrafında fırlanırlar.