ADI KİMİ BÖYÜK OLAN BÖYÜKAĞA
Azərbaycan idman ictimaiyyətinə böyük itki üz vermişdir. Ölkə futbolunun inkişafında əvəzsiz xidmətləri olan, bir çox ilklərə imza atan, adı Ələkbər Məmmədovla , Əhməd Ələsgərovla, Banişevski ilə bir sırada çəkilə biləcək Böyükağa Hacıyev arzularını bu dünyada qoyub özü çıxdı getdi biz olmayan dünyaya.
İdman ictimaiyyətinə, bütün futbolsevərlərə və doğmalarına başsağlığı verir, Tanrıdan səbr diləyirik.