Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | “Seçkilərin azad və demokratik keçməsi üçün münbit şərait formalaşdırılıb”- Cavid Osmanov Adalet.az | “Seçkilərin azad və demokratik keçməsi üçün münbit şərait formalaşdırılıb”- Cavid Osmanov Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Seçkilərin azad və demokratik keçməsi üçün münbit şərait formalaşdırılıb”- Cavid Osmanov

29967    |   2018-03-19 12:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Millət vəkili Cavid Osmanov "Ədalət” qəzetinə müsahibə verib. O müsahibəsində regionda və ölkədə baş verən ictimai-siyasi hadisələrə və prezident seçkilərinə hazırlıqla bağlı məqamlara toxunub. Həmin müsahibəni sizə təqdim edirik.

-Cavid müəllim. Rusiyada prezident seçkiləri keçirildi və Putin yenidən bu posta yiyələndi. Növbəti illərdə Rusiya Azərbaycan münasibətlərini necə görürsünüz?

-Rusiyada keçirilən seçkilərlə bağlı ilk öncə onu demək istərdim ki, bu seçki demokratik şəraitdə baş tutdu. Prezidentliyə namizədlərin çoxluğuna baxmayaraq Putin bu marafondan qalib ayrıldı. Putinin rəhbərliyi altında Rusiya Azərbaycan münasibətləri daim inkişaf edib. Rusiya prezidentinin bir başa iştirakı ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşləri təşkil edilib. Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, bu münaqişədə Azərbaycanın haqlı mövqeyinin qorunması təmin olunub. İki ölkə arasında ticarət dövriyyəsinin artması iqtisadi əlaqələrin də inkişafından xəbər verir. Bu gün Azərbayan brendi olan məhsullar Rusiya bazarına asanlıqla yol tapır. Eyni zamanda kənd təsərrüfatı məhsullarının da Rusiya bazarına çatdırılması iqtisadi sahədə birgə əməkdaşlığın tərənnümüdür.

- Cavid müəllim. Rusiyadan fərqli olaraq Ermənistandarəhbərlik dəyişdi. Bir Sarkisyan getdi, digər Sarkisyan prezident seçildi. Armen Sarkisyan dönəmində Ermənistanın qeyri-konstruktiv yoldan əl çəkməsini nə dərəcədə şərtləndirəcək?

-Ermənistanda sosial-iqtisadi vəziyyətin acınacaqlı olması hər kəsə məlumdur. Bunun da kökündə həm Azərbaycanla olan münasibət eyni zamanda Türkiyə ilə sərhədlərin bağlı olmasıdır. Artıq əhali acınacaqlı vəziyyətlə barışmır. KİV-lərdə də izləyirik ki, işğalçı ölkədə mitinq və digər etiraz aksiyaları təşkil olunur. Serj Sarkisyan vəziyyətin gərgin olduğunu görüb Armen Sarkisyanın prezident olmasına razılıq verdi. Ermənistanda Rusiya və digər ölkələrdən fərqli olaraq prezident seçilmir. Təyin olunur. O cümlədən Armen Sarkisyanın da prezident seçilməsini yox təyin olmasını demək daha uyğöun olar. Qarşıda uzun bir yol var. Armen Sarkisyan ilk öncə ölkə daxilində sosial ədaləti təmin etməlidir. Ölkə iqtisadiyyatını ayaq üstə qaldırmalıdır. Bununla yanaşı Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməlidir. Müqanişə ilə bağlı Azərbaycanın qətiyyətli mövqeyini anlayan Ermənistan rəhbərliyi yaxın vaxtlarda bu istiqamətdə əməli addım atacağını gözləmək olar.

-Cavid müəllim Azərbaycanda 2018-ci ilin geridə qalan zaman kəsimi ilə bağlı nə deyə bilərsiniz?

- Cari ilin geridə qalan müddəti ərzində ölkədə siyasi sabitlik qorunub saxlanılır. İqtisadi sahədə ciddi canlanma müşahidə olunur. Bu il üçün qarşıya qoyulan vəzifələr uğurla icra olunur. Azərbaycanın bir sıra beynəlxalq siyasi tədbirlərə ev sahbliyi etməsi, beynəlxalq layihələrin reallaşdırılması və bildiyiniz kimi dövlət başçısı cənab İlham Əliyevin müfaviq sərəncamları ilə ayrı-ayrı qurumlarda çalışan insanların əmək haqqlarının artırılması bu demiklərimizi əsaslandırmağa zəmin verir. Qarşıda prezident seçkiləri gəlir. Aprel ayının 11-də keçiriləcək seçkilərə maraq olduqca yüksəkdir. Yerlərdə olan seçicilərin prosesdə aktiv iştirakının təmin olunması, seçki maarifçiliyinin aparılması istiqamətində mütəmadi addımlar atılır. Gənc seçicilərin prosesə cəlb olunması, və ən əsası hər zamankı kimi azad və demokratik seçkinin keçirilməsi üçün aidiyyatı qurumların gördüyü işləri yüksək dəyərləndirmək lazımdır. Yeni Azərbaycan Partiyası da seçkilərə ciddi hazırlıq prosesini həyata keçirir. Partiyanın bununla bağlı xüsusi planları var. Bu planlar isə təkcə seçki vaxt üçün nəzərdə tutulmayıb. Məqsədimiz odur ki, hakim partiya olaraq Azərbaycanda demokratik seçkilərin keçirilməsini təmin edək, hər bir vətəndaşımız öz suveren hüququndan səmərəli istifadə edə bilsin. Artıq yerlərdə bununla bağlı ciddi işlər görülür. Təmsil olunduğum Ağdaş rayonu üzrə bir sıra tədbirlər keçirilir. Ağdaş rayonundan olan seçicilərin seçkidə iştirakının təmin olunması istiqamətində maarifləndirmə işi aparılıb və bu işlər bu gün də davam edir. Onu da diqqətinizə çatdırım ki, Ağdaş rayonundan olan seçicilər Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcəklərini bəyan edirlər. Onlar son zamanlar İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən işləri yüksək dəyərləndirir və növbəti 7 ildə də Azərbaycanın daha da inkişaf etməsi, yüksək tərəqqi qazanması yolunda cənab İlham Əliyevin siyasətinə səs verəcəklər. Aparılan müşahidələr də onu deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn seçkilərin qalibi olacaq.

-Azad və demokratik seçkinin keçirilməsi istiqamətində atılan addımları necə dəyərləndirirsiniz?

- İstənilən dövlətin inkişafında demokratik və şəffaf seçkilər böyük rol oynayır. Çünki vətəndaşlar seçkilərə qatılmaqla cəmiyyətin ictimai-siyasi həyatında iştirak etmək hüququ qazanırlar. Dövlətin idarə olunmasında iştirak hüquqları da məhz seçkilər vasitəsilə əldə edilir. Şəffaflıq, ədalətlilik və obyektivlik demokratik seçkilərin əsas şərtləri hesab edilir. Təbii ki, biz aprelin 11-də keçiriləcək prezident seçkilərində də bunun şahidi olacağıq. Bundan ötrü mükəmməl hüququ bazamız, beynəlxalq standartlara cavab verən demokratik Seçki Məcəlləmiz var. Bu vaxta qədər keçirilən bütün seçkilərdə hər hansı bir insidentin, seçkinin nəticəsinə təsir göstərməyən qanunsuzluğun baş verməməsi də seçkilərin demokratik keçirilməsindən xəbər verir. Bunu seçkiləri müşahidə etmiş beynəlxalq ekspertlər də təsdiqləyir.


Ədil Ədilzadə




İmza:

Tanınmış karikaturist: Dindarlardan hədə-qorxu mesajları alırıq... - MÜSAHİBƏ

Vidadi Həsənov YUĞ-dan çıxarılan aktyor barədə : "Bunlar hamısı boş şeylərdir"

YUĞ-dan çıxarılan rejissor "Ədalət"ə danışdı : "Bu məsələni belə qoymayacam!" - EKSKLÜZİV

Xəyanət videolarını paylaşanlara nə ad verək? - SORĞU

Qan Turalı: - “Mənim təbəssümüm də qalmaqaldır” - MÜSAHİBƏ

“Səni görüm parlamentdə sətəlcəm olasan, sonra da səsin batsın” - MÜSAHİBƏ

Azərbaycanlı fotoqraf : “ Afrikada ölənləri vəhşi heyvanlara yedizdirirlər” - MÜSAHİBƏ

“Mehman Hüseynovun mayor rütbəli qardaşı var” - Hüquq müdafiəçisindən şok açıqlama

Tanınmış futbol jurnalisti: “Qurban Qurbanov çox böyük səhv etmişdi...” - MÜSAHİBƏ

Ədəbiyyatdan əlinizi üzün - Abbas Kiyarüstəmi ilə müshaibə

Fuad Muradov: “Diaspor təşkilatlarının fəaliyyətində yeni mərhələ başlayıb” - MÜSAHİBƏ

“O, mənə ürəyini açandan iki saat sonra şəhid oldu...” - Cərrah qadın...

SON XƏBƏRLƏR
2019-01-18
2019-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK