adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
19 Mart 2018 10:48
12159
MƏMLƏKƏT
A- A+

Bakıda otellər qiymətləri aşağı saldı

Bakıda hər il Novruz bayramı ərəfəsində hotellər qiymətlərini qaldırsalar da, bu il qiymətlərini 20 faiz ucuzlaşdırıblar.

Adalet.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

N.Bağırovun sözlərinə görə, təxminən 10-15 gün əvvəl hotellərdə qiymətlər baha olsa da, artıq qiymətlər ucuşlaşdırılıb.

Assosiasiya sədri bunun səbəbini bu il İrandan gələcək turistlərin sayında azalmanın olacağı ilə izah edib: "Bu il İrandan böyük turist axını gözlənilirdi. Lakin görəndə ki, bu axın azalıb, hotellər qiymətlərini endirdilər”.

Hotellərin hazırkı qiymətlərini normal sayan N.Bağırov bu ucuzlaşmanın Bakıdakı bütün hotellərdə tətbiq edildiyini söyləyib.

N.Bağırov qeyd edib ki, dünya praktikasına görə, adətən, Yeni il bayramı və digər bayram günlərində bütün ölkələrdə, böyük miqyaslı beynəlxalq tədbirlər keçirilən zaman həmin tədbirin keçirildiyi ölkədəki hotellər qiymətlərini qaldırırlar: "Ötən il Novruz bayramı günlərində Azərbaycana çox sayda turist gəlmişdi. Ona görə də hotellər Novruz bayramı ərəfəsində qiymətlərini qaldırmışdılar. Lakin bu il təxminən 10-15 gün əvvəl hotellər qiymətlərini normal qiymətə salıblar”.