adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Mart 2018 10:08
14520
SİYASƏT
A- A+

İlham Əliyev Vladimir Putini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putini Rusiya Prezidenti seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Adalet.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Sizi Rusiya Federasiyasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu qələbə Sizin yüksək siyasi nüfuzunuz və ölkədə sabitliyin, qanunçuluğun və hüquq qaydalarının təminatı istiqamətinə, miqyaslı islahatların həyata keçirilməsinə, xalqın rifahının yüksəlməsinə töhfə verən uzunmüddətli sosial proqramların həyata keçirilməsinə yönəldilən keçirdiyiniz kursun fəal dəstəklənməsini göstərir.

Azərbaycan və Rusiyanı çoxəsrlik sıx dostluq və mehriban qonşuluq telləri bağlayır. Sevindirici haldır ki, bu gün bu möhkəm təməl üzərində dövlətlərarası münasibətlərimiz uğurla inkişaf edir. Bu münasibətlərin, Azərbaycan-Rusiya hərtərəfli əməkdaşlığının, bütövlükdə əlaqələrin genişlənməsinə Sizin şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm.

Əminəm ki, Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində birgə səylərimiz xalqlarımızın və ölkələrimizin mənafelərinə, regionda sülhün, təhlükəsizliyin və tərəqqinin təmin edilməsinə bundan sonra da kömək edəcəkdir.

Vladimir Vladimiroviç, Sizə möhkəm can sağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram!".