adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Mart 2018 15:39
14774
DÜNYA
A- A+

Türkiyədə Çanaqqala zəfəri qeyd olunur

Türkiyədə Çanaqqala zəfərinin 103-cü ildönümü münasibətilə təntənəli mərasim keçirilib.

Adalet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Çanaqqala şəhərində keçirilən mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, dövlət rəsmiləri, millət vəkilləri, xarici ölkə səfirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün heykəli önünə əklil qoyulub.

Qeyd edək ki, Çanaqqala zəfərinin 103-cü ildönümü və Çanaqqala şəhidlərinin anma günü münasibətlə Türkiyənin bütün ərazisində bayram tədbirləri keçirilir.