adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Mart 2018 12:07
10197
SİYASƏT
A- A+

Rusiya vətəndaşları Bakıda səs verirlər

Rusiyadakı prezident seçkiləri ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyində səsvermə keçirilir.

Adalet.az xəbər verir ki, seçki məntəqəsi yerli vaxtla saat 8.00-dan 20.00-dək açıq olacaq.

Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Denis Apaşkinin sözlərinə görə, Bakıda yaradılmış seçki məntəqəsində seçicilərin yüksək fəallığı müşahidə olunur.

Qeyd edək ki, Rusiyada keçirilən prezident seçkilərində 8 namizəd – Vladimir Putin, Serqey Baburin, Pavel Qrudinin, Vladimir Jirinovski, Kseniya Sobçak, Maksim Suraykin, Boris Titov və Qriqoriy Yavlinski mübarizə aparır.