adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
17 Mart 2018 17:47
9969
SİYASƏT
A- A+

Prezident seçkilərini 115 beynəlxalq müşahidəçi izləyəcək

Mərkəzi Seçki Komissiyasında (MSK) 115 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Bunu MSK sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, akkreditasiyadan keçən müşahidəçilər 36 ölkəni təmsil edir.

M.Pənahov qeyd edib ki, MSK-da akkreditasiyadan keçən yerli müşahidəçilərin sayı 615-dir.

O bildirib ki, ölkə üzrə akkreditasiyadan keçən müşahidəçilərin sayı isə 42 mindən artıqdır.

Qeyd edək ki, Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb.