adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Mart 2018 15:18
11709
SİYASƏT
A- A+

Azərbaycan missiyası Rusiyadakı seçkilərlə bağlı hesabat hazırlayacaq

MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov martın 18-i keçiriləcək Rusiya prezidenti seçkilərinin yekunları üzrə monitorinq missiyasının müsbət nəticələrindən əminliyini bildirib.

O bu açıqlamanı beynəlxalq müşahidəçilər qrupunun Rusiya Federasiya Şurasının beynəlxalq işlər komitəsinin sədri Konstantin Kosaçyovla görüşü zamanı verib.

O deyib: "MDB Parlamentlərarası Assambleyasını təmsil edəcək missiyamız 40 nəfərdən ibarətdir, onlardan 10 nəfəri Moskvada, qalanları Rusiyanın regionlarında işləyir. Biz öz işimizdə siyasi neytrallıq, qərəzsizlik, hər hansı namizədə üstünlük verilməsindən imtina prinsiplərini rəhbər tuturuq. Sabah, səsvermə başa çatdıqdan sonra biz hesabat tərtib edəcəyik, əminəm ki, burada müsbət rəylər yer alacaq”.