adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Mart 2018 15:01
9071
HADİSƏ
A- A+

Türkiyə qoşunları Afrində 7 yaşayış məntəqəsini azad edib

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin rayonunda davam edən "Zeytun budağı” əməliyyatı çərçivəsində daha 7 yaşayış məntəqəsi azad edilib.

Adalet.az-ın məlumatına görə, bugünədək Afrində azad edilən yaşayış məntəqələrinin sayı 261-ə çatıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə ordusu Afrin rayon mərkəzini tam mühasirəyə alıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.