adalet.az header logo
  • Bakı 7°C
17 Mart 2018 11:15
26063
MARAQLI
A- A+

İtə görə təyyarə yerə endi

ABŞ-da "United Airlines” aviaşirkətinə məxsus təyyarə planlaşdırılmamış eniş edib.

Adalet.az-ın məlumatına görə, buna səbəb hava gəmisinin göyərtəsində itin aşkar edilməsi olub.

Təyyarənin Nyuark-Sent-Luis marşrutu ilə hərəkət etdiyi bildirilir.

Aviaşirkətdən verilən məlumata görə, it təyyarəyə səhvən yerləşdirilib.

Sonradan o Oqayo ştatının Akron şəhərində yaşayan sahiblərinə qaytarılıb.

Təyyarənin bütün sərnişinlərinə təzminat ödəniləcəyi qeyd olunur.