adalet.az header logo
  • Bakı 7°C
17 Mart 2018 11:12
16070
DÜNYA
A- A+

Afrində zərərsizləşdirilən terrorçuların sayı 3567 oldu

Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3567 nəfərə çatıb.

Adalet.az-ın məlumatına görə, zərərsizləşdirilən terrorçuların sayını Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı açıqlayıb.

Baş Qərargahın məlumatına görə, təkcə ötən gün ərzində Afrində 37 terrorçu məhv edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.