adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Mart 2018 00:23
12132
ƏDƏBİYYAT
A- A+

O, BİR ƏSR ÜÇÜN DEYİL...

BÜTÜN ZAMANLAR ÜÇÜNDÜR

Mayis Yanardağ

Onun dünyaya gəlişi, yenicə qış yuxusundan ayılmış təbitəin inkişafına təkan verdi.

Axirət dünyası haqda gənclik illərində bir anda olsa fikirləşib, götür-qoy etməyən insan, yalnız 50-60 ildən sonra bu dünyanın fani olduğunu ədəbi olmadığını fkirləşir və haqqa daha çox yaxın olmağa çalışır. Haqqın, ədalətin mövcudluğuna inanaraq, görürük ki, haq hər 100 ildən bir, hər hansı bir xalqı-milləti idarə etmək, ona doğru yol göstərmək üçün bir dahi şəxsiyyət, xəlq edir. Bu xəlq olunan bəşər övladı, tamamilə, sanki Allahın özü tərəfindən idarə olunur. O, xalqı doğru-düzgün, ağrısız-acısız, enişsiz-yoxuşsuz yolla aparmaq qabiliyyətinə malik olur. Bəli uzun illər xarici işğalçıların talanlarına, fitnə fəsadlarına məruz qalmış xalqımıza, XX əsrdə taleh özü Heydər Əliyevi xalqın aparıcı qüvvəsi, yol göstərəni kimi xəlq etdi və göndərdi. Xoşbəxtlikdən xalq bundan layiqincə bəhrələndi. Şərəfli ömrünün bütün hissəsini, daim haqdan ilham alan bu dahi insanı hər an qədir bilən xalqımız anaraq, öz qəlbində gəzdirir. Bu anım günlərində əlimə qələm alıb dahi insan haqqında bir neçə söz yazmaq istədim. Lakin özüm-özümə sual etdim. Yaxşı dostum, bir an əl saxla yaxşı fikirləş. O dahi insan haqqında sənin söz deməyə mənəvi haqqın varmı? Bu an qarşımdakı kitab rəfində, Heydər Əliyev haqqında yazılmış kitabları, bir-bir vərəqləyirəm. Bunların içərisində, Bəxşiyev Ələmşahovun "Fikirlərin vəhdəti" kitabı daha çox nəzərimi cəlb etdi. Kitabı vərəqlədikcə dünyanın dahi şəxsiyyətlərinin Heydər Əliyev haqda dedikləri çox qiymətli kəlamları görəndən sonra mənim dilim tərpənib, söz tapa bilmədim. Lakin fikrimin bu yerində bir tarixi rəvayət yadıma düşdü. "Bir gün kasıb bir insanın evi yanırdı. Ağac başında oturan qara qarğa bu mənzərəyə baxıb ləzzət alardı. Lakin xeyirxah müjdəçisi olan Qaranquş dimdiyində yanğına yardımçı olaraq su gətirir. Bu an qarğa deyir, -" a yazıq, onunla sən o yanğına heç bir yardım edə bilməzsən". Bəli, bu gün bütün bunları bir daha sizin də yadınıza salmaqla bir neçə söz deməyi qaranquş kimi özümə borc bildim. Mən uzun illər ideoloji sahədə əmək fəaliyyəti göstərmişəm. Heydər Əliyevin xalq, vətən üçün gördüyü işləri sadalamaqla qurtarmaq mümkün deyildir. Heydər Əliyevin yenidən hakimiyyətə gəlişini Qurtuluş günü kimi qeyd etməklə heç də xalqımız yanılmadı. Bu çox təbii bir görünüş idi. Onun hakimiyyətə gəlişi çox dar bir çərçivədə qalan xalqı fəlakətdən qurtardı. Bu dahi insanı dan ulduzuna bənzətsəydik yanılmazdıq. Bir vaxtlar ata-babalarımız dan söküləndə o ulduzu özlərinin kompası, yol göstərəni hesab edərək, lazimi yollarına, məkanlarına gedərlərmiş. Bu parlaq dan ulduzu bizim azadlıq yollarımıza əbədi işıq saçdı. Kaş mən də V.Şekspir, L.Tolstoy, Hote, C.Cabbarlı kimi qüdrətli bir qələm sahibi olaydım, bu dahi şəxsiyyət haqqında bir əsər yaza bileydim. Çox təəssüf ki, bu belə deyil.
Ölkəmiz 90-cı illərin əvvəllərində çox ağır günlər keçirirdi. Vətən torpağı parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya durmuşdu. Azğın insanlar ölkədə bir neçə kiçik respublika yaratmaq xülyası ilə yaşayırdılar. Daxili çəkişmələr, ermənilərin ərazimizə təcavüzü, bir tərəfdən də hakimiyyətsizlik başsız qalan xalqı uçuruma aparırdı. Nicat yolu axtaran xalq ümidini yalnız Heydər Əliyev cənablarının hakimiyyətə gəlişində görürdü. Xalq bu çətin anlarda onun hakimiyyətə gəlişini tələb etdi, arzuladı. O, dəhşətli anlarda xalq ağsaqqalı, qeyrətli Vətən oğlu, Qafqaz qartalı heç nədən, heç kimdən qorxmadan xalqın istək və arzusuna əməl edərək, özünü o vaxtlar dövlət kürsüsündə və milli məclisdə fəaliyyət göstərən, ilanların, əjdahalarıen, əqrəblərin tüğyan etdiyi bir vaxtda xalqın köməyinə gəldi. Adama elə gəldi ki, o mühit onu didib-parçalayacaq, məhv edəcək. Lakin tanrıya min şükürlər ki, qara qüvvələr öz istək və məqsədlərinə nail ola bilmədilər. Bütün sınaqlardan, dəhşətli, fitnə -fəsadlardan, qurğulardan çox böyük məharətlə, nailiyyətlərlə çıxan bu Şahin baxışlı, Qafqaz qartalı xalqı gözləyən bəlalardan xilas etdi.
Bəli, əgər məndə bir memar, heykəltaraş istedadı, yüksək səlahiyyət sahibliyi olsaydı, Bakının ən görkəmli yerində "BİSÜTUN" dağı hündürlüyündə bir bağ inşa edərdim. Dağın tən ortasında fırlanan bir çarx düzəldərdim. Heydər Əliyev cənablarının qızıldan tökülmüz heykəlini əlində daim yanan o məşəllə o dağın qülləsində qoyardım. O vaxtlar mən özümü bir insan kimi onun xidmətləri qarşısında kiçik də olsa, borcumu ödəmiş olardım. Onda elə bilərdim ki, mən də istək və məqsədimə nail oldum.