adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Mart 2018 17:27
16765
KRİMİNAL
A- A+

Qəbələdə qoyun oğrusu tutuldu

Oğurluqda şübhəli bilinən Qəbələ rayonunun Qaradeyin kənd sakini Qəhrəman Əfəndiyev saxlanılıb.

DİN-dən Adalet.az-a verilən məlumata görə, o, Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Qəhrəman Əfəndiyev martın 6-na keçən gecə Şəfilli kəndindəki həyətlərin birindən 1 baş qoyun oğurlamaqda şübhəli bilinir.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mart ayı ərzində 4 həyətyanı sahədən 4 baş qoyun oğurlaması da müəyyən edilib.