“Ordumuz döyüş hazırlığında yüksək nailiyyətlər əldə edib” - Zakir Həsənov
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin və Azərbaycan Ordusunun rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlərin iştirakı ilə genişmiqyaslı təlimlərin yekunlarına dair xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, müşavirədə çıxış edən müdafiə naziri təlimlərin nəticələrini təhlil edərək bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlar və təlim sahələrində keçirilən genişmiqyaslı təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib.
Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən nazir qeyd edib ki, təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığı daha da təkmilləşdirilərək yeni səviyyəyə yüksəldilib, qərargahlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.
Nazir vurğulayıb ki, taktiki fəaliyyətlərin praktiki icrası zamanı birləşmə və hərbi hissələrin yüksək hazırlıq səviyyəsini nümayiş etdirməsi bu təlimlərdə qoşunların əməliyyat və döyüş hazırlığında yüksək nailiyyətlər əldə etdiyini göstərdi.
Təlimlərin yüksək səviyyədə keçdiyini bildirən general-polkovnik Z.Həsənov belə təlimlərin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.
Digər Xəbərlər
25 Aprel 2024 15:06
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
25 Aprel 2024 14:51Prezidentlərə Füzulinin Baş planı təqdim edildi - FOTOLAR + YENİLƏNİB
25 Aprel 2024 14:35Xocalıda insan qalıqları aşkar edildi - FOTOLAR
25 Aprel 2024 14:34İlham Əliyev və Sadır Japarov Şahbulaq qalasında
25 Aprel 2024 13:18