adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Mart 2018 16:37
9556
HADİSƏ
A- A+

Böyükağa Hacıyev son mənzilə yola salınıb

Bu gün dünyasını dəyişən "Neftçi" klubunun sabiq baş məşqçisi, Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev dəfn edilib.

Adalet.az xəbər verir ki, B.Hacıyevlə vida mərasimində futbol ictimaiyyətinin nümayəndələri, AFFA rəsmiləri, mərhumun ailə üzvləri iştirak ediblər.

Vida mərasimindən sonra B.Hacıyevin cənazəsi Keşlə qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Böyükağa Hacıyev "Bakı” və "Neftçi” klublarında çalışıb və hər iki komanda ilə ölkə çempionluğu qazanıb. O, həmçinin "Neftçi”ni Azərbaycanda ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldib.