adalet.az header logo
  • Bakı 7°C
16 Mart 2018 14:54
25163
MARAQLI
A- A+

Pakistanın Dəmir qadını Muniba Mazzaridən uğurun resepti

Fiziki cəhətdən zəif olan insanlar əslində ictimaiyyət,dövlət tərəfindən qorunmalıdır.Ona görə ki, onlar da öz həyatını yaşamalı, firavan dolanmalı və öz bacarıqlarını əməli işə sərf etməli və faydalanmalıdırlar.Söz yox ki, hal-hazırda bu sahədə müəyyən işlər gedir və kifayət qədər həmin insanlara qayğı göstərilir.

Bir cəhəti qeyd etmək lazımdır ki, həyatda, ictimaiyyət arasında elə insanlar var ki, fiziki cəhətdən əlil insanlara normal yanaşmır, laqeydlik edir və hətta onlara vəchlə yanaşırlar.Belə hallar insanın insana qarşı pis münasibətdən başqa bir şey deyildir.Unutmaq lazım deyilki həyatda fiziki cəhətdən şikəst olan insanların bəziləri,  hətta anadangəlmə, lal, kar, kor, şikəst, qolsuz, qıçsız,əlsiz, əkiz şikəst və sair formada doğulurlar.Belə insanlara müasir dövrümüzdə daha həssas, daha qayğılı, maddi və mənəvi cəhətdən yanaşılmalıdır.

Elə məhz buna görə də sizə Pakistanın Dəmir qadını Muniba Mazarinin çıxışını təqdim edirəm. 

O bu çıxışını İslamabadda keçirilən TED-lərin birində edib və hamıya öz həyatı ilə örnək olub.

Onlar mənim bacarıqsızlığımı görürlər, mən isə öz bacarığımı görürəm. Məni əlil adlandırdılar, mənsə fərqli bacarıqlarımı dedim. Həyatınızda baş verən bəzi hadisələr var ki, xoşbəxtliyinizə səbəb olur. Bu hadisələr sizi sındırır, ancaq sizi ən yaxşı hala gətirib çıxarır. Eyni şey mənim də başıma gəldi. 18 yaşım olanda mən artıq evli idim. Atam məənim evlənməyimi istədi və dedim ki, əgər "hə” deməyim səni xoşbəxt edəcəksə olsun. Amma bu evlilik mənə xoşbəxtlik gətirmədi.

Təxminən iki ildən sonra evləndik. Avtomobil qəzasına düşdüm, ərimi necəsə yuxu tutmuşdu, avtomobil isə xəndəyə düşmüşdü. O maşından çölə tullanıb özünü xilas elədi. Onun üçün çox xoşbəxtəm. Ancaq mən maşında qalmışdım və çox yerim yaralanmışdı.

Siyahı çox uzundur. Biləyim parçalanmışdı, çiyiy sümüyüm qırılmışdı, qabırğalarım sınmışdı. Ağciyər və qaraciyərlərim ağır zədə almışdı, nəfəs ala bilmirdim. Bağırsağım zədələndiyi üçün ifrazat sistemim də işləmirdi. Düşünürdüm ki, artıq getmək vaxtıdır. Onurğam 3 yerdən əzilmişdi, həyatımın qalan hissəsini iflic olaraq yaşamalı idim.

Nəhayət iki ay yarım xəstəxana qaldım, xeyli əməliyyatlar keçirdim. Bir gün həkim gəlib mənə dedi ki, sənin rəssam olmaq istədiyini eşitdim, sənə pis xəbərim var, sən yenidən rəsm çəkə bilməyəcəksən. Çünki sənin biləyin və qolun deformasiyaya uğrayıb. Əgər sən istəyirsənsə ki, yenidən əlinə fırçanı alıb rəsm çəkəsən. Növbəti gün həkim yenidən yanıma gəlib dedi ki, sənin ombandakı yaralar da çox pisdir, sən çətin ki, bundan sonra bir də nə gəzə biləsən, nə də dünyaya uşaq gətirə biləsən. Bunu eşidəndə darmadağın olmuşdum.

Anamdan soruşdum: "Nə üçün mən?”

 Mən öz varlığımı sorğulamağa başladım: "Niyə yaşayıram?”

 Bu sözlərin ruhumu yaxşılaşdıracağını dərk etdim. Anam mənə dedi: "Bu da keçəcək, Allah böyükdür və sənin üçün yaxşı bir planı var yəqin ki”.

Mən buna inana bilmirdim çünki o elə də əminliklə demirdi bu sözləri. Və bütün bu çətinliklər, əzablar bəzən məni sehirli gücü ilə tutub saxlamışdı. Bir gün mən qardaşlarıma dedim: "Mən bilirəm ki, əllərim düzəlməyəcək, amma mən yorulmuşam ağ divarlara baxmaqdan, bezmişəm bu xəstəxanadan. Mən həyatımda rəngarənglik istəyirəm. Mənə müxtəlif rənglər verin, ağ kətan verin, çəkmək istəyirəm. Beləcə mən ölüm yatağında ilk rəsmimi çəkdim. Bu yalnız sənət əsəri deyildi, həm də mənim ehtirasım idi, bu mənim terapiyam idi. 


Yenidən enerji yığıb evə qayıtdım. Evə qayıdanda dərk elədim ki, mən inkişaf etmişəm, bir çox şeyləri arxada qoymuşam. Bədənimdə çoxlu mikroblar, allergiyalar var idi, otura bilmirdim, həkimlər mənə ancaq uzanmağı tapşırmışdılar. 6 ay, 1 il. Yox, düz 2 il yataqda yatdım.

Qapandığım otağın pəncərəsindən çöl görünürdü, quşların səsini dinləyirdim. Nə vaxt ki ailəmlə gəzməyə çıxacam, onda təbiətdən həzz alacam. Mən həmin an insanların necə xoşbəxt olduğunu dərk etdim. Dərk etdim ki, mən ağrılarımı hər kəslə bölüşəcəyəm. Onlar başa düşəcəklər ki, necə xoşbəxt insanlardırlar. O gün qərar verdim ki, qorxularımla döyüşəcəyəm. Bizim qorxularımız var, bilinməyən qorxular. İnsanlar qorxularına uduzurlar.  Sağlamlığını, pulunu itirmək qorxusu . Biz kariyeramızda üstün olmaq istəyirik, məşhur olmaq istəyirik, çoxlu pul istəyirik. Biz hər zaman qorxuruq. Ona görə də mən bütün qorxularımı bir-bir yazdım və qərar verdim ki, hamısına bir dəfəyə qalib gələcəyəm.

Bilirsiniz, mənim ən böyük qorxum boşanma qorxusu idi, amma qərar verdim ki, bu qorxudan başqa bir şey deyil. Mən özümü azad etdikcə qorxuları da özümdən azad etdim. Özümü güclü hiss etdim. Onun toy xəbərini alanda ona yazdım: Mən sənin üçün çox sevinirəm, xoşbəxt olun!

Amma mən heç vaxt ana ola bilməyəcəyəm. Sonra adımı müxtəlif təşkilatlara verdim. İki il sonra Pakistanın balaca bir şəhərindən mənə zəng gəldi , bir pulsuz oğlan var, oğulluğa götürülməyini istəyir. Mən onu götürəndə iki yaşı var idi, indi 6 yaşı var. Sonra ictimaiyyətdə tez-tez görünməyə qərar verdim.

Mən təkərli kürsüdə olmağı heç vaxt istəməmişdim, amma neyləyək, həyat sınaqlarla doludur. Həyat bizə bir limon verir, biz onsan limonad düzəldirik. Yəni həyatda yıxıldığın vaxt qalxmağı bacarmalısan, hər şeyin yaxşı olduğuna inanmalısan. Ölümdən əvvəl ölməyin, şükr edin, yaşayın.

Çıxışı ingilis dilindən çevirən Emin Akif