adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Mart 2018 15:37
22565
ƏDƏBİYYAT
A- A+

“Velosipedlə Afrikaya” kitabı təqdim olunacaq

Martın 24-ü macəraçı səyyah Yaşar Xudiyevin "Velosipedlə Afrikaya” adlı kitabının təqdimatı keçiriləcək.

Təqdimat Bumeranq Yaradıcılıq Mərkəzində 15:00-20:00 saatlarında baş tutacaq.

Kitab Yaşar Xudiyevin Afrika qitəsinə velosipedlə səyahətindən bəhs edir. Səyahət 1 il ,7 ay çəkib. Yaşar Xüduiyev 22 min km qət edərək səfərini Ümid burnunda tamamlayıb.

Kitabda onun səyahət zamanı yaşadığı təhlükəli anlar, başına gələn hadisələr yer alıb.

Kitab "Ol” mətbəəsində nəşr edilib.