Faiq QİSMƏTOĞLU: ÇİÇƏKLƏR ÜŞÜYÜR…

FAİQ QİSMƏTOĞLU
54677 | 2018-03-16 14:21

… Yaz gələndə hərşey dəyişir: təbiət oyanır, güllər-çiçəklər açılır. Və gələn yazın ətri hər tərəfibürüyür. Güllərin, çiçəklərin ətrindən, rəngindən və gözəlliyindən insan doymur.Düşünür ki, görəsən bu açan çiçəklər, torpaqdan boylanan güllər, yağan yaz yağışınınnuruna necə bələnəcək?..

…Yaz yağışı yağır,gün çıxır və güllər-çiçəklər bu yağışdan, bu gündən işıq alır. Bir boyda, bir azda böyüyür. Baxırsan alma, alça, ərik, armud… ağaclarına görürsən ki, budaqlardaçiçəklər sənə gəl-gəl deyir. Bu çiçəklərin, bu güllərin ətrindən doymaq olmur. Ləçəklərə,çiçəklərə qonan bal arılarının səsindən bir qeyri-adi hisslər duyursan.

… O hisslər ki, bubal arıları yazın gəlişindən bir anlıq da olsa istifadə edib ləçəklərə, çiçəklərəqonaraq o şirəni çəkirlər. Şirəni çəkəndən sonra ağaclardan qalxıb gəldikləri yerəqayıdırlar. Gəldikləri yerdə isə pətəklərə dolub öz şirələrini, öz şirinlikləriniora tökürlər. Və pətəklərdə min bir dərdin dərmanı olan bal toplanır. O bal ki,dünyada ondan şirin heç nə yoxdu...

Burda yadıma istedadlışair Vahid Əzizin iki misrası düşür:

Çiçəkləri öpdüyümüküləklər,

Qaçıb yara bildirməsəyaxşıdır.

Görün lirik qəhrəmannə qədər qısqancdır ki, sevgilisi onu çiçəyə də qısqanır. Və lirik qəhrəman da düşünürki, bu çiçəyi öpdüyünü küləklər yara bildirməs onun dədəsinə od qoyacaq…

Çiçəklərdən, güllərdənincə, kövrək nə ola bilər? Bəzən deyirlər ki, kəpənəklər də çox kövrəkdir və onlarınömrü çiçəklərin ömründən qısadı. Siz kəpənəklərə fikir vermisinizmi? Güllərin, çiçəklərinrəngi həmin kəpənəklərin özünün və qanadının rənginə hopub. Və çox vaxt çiçəklərinarasında bu kəpənəkləri balaca uşaqlar qarışıq salırlar. Kəpənək tutmağa gedən uşaqonun dalınca qaçır, qaçır, axırda kəpənək əvəzinə çiçəyi dərir. Baxıb görür ki,bu kəpənək deyil, çiçəkdi.

Böyük estrada müğənnisiMirzə Babayevin də əbədiyaşar bir mahnısı var: «Kəpənək». Çox vaxt bəzi yumorlutamaşaçılar ondan soruşurdular ki, Mirzə dayı, dalınca qaçdığın o kəpənəyi tutabilmisən, yoxsa yox? Rəhmətlik Mirzə dayı da həddindən artıq duzlu adam idi. Qızolsa deyərdi ki, o kəpənəyi tuta bilməmişəm, amma səni tutacam. Oğlan da olsa beləcavab verərdi: «Hələ qaçıram, qaçıram, oğul, onu tuta bilməmişəm».

Mirzə Babayev nəqədər böyük müğənni idisə, bir o qədər də istedadlı aktyordu. Zarafat deyil, «MisyöJordan Dərvişi Məstəli Şah»da Dərviş rolunuçox möhtəşəm ifa etmişdi. Ondan sonra «DəliKür»də əlində qaval bir müğənni rolunu oynayıb. «O qızı tapın»da milis rolunda özünəməxsusobraz ifa edir. Eyni zamanda «Bəyin oğurlanması»nda Mirişin atası rolunu çox qeyri-adibir formada yaradır. Bir dəfə onunla görüşmüşdüm. Rəhmətlik dedi ki, rejissorlarməndən istifadə eləyə bilmədilər. Məsələn, Məşədi İbad rolunu elə oynayardım, ƏlağaAğayev mənim kölgəmdə qalardı. Mirzə Babayevin dilinə görə dilçəyi də vardı. Vəarzuladığı obrazı da elə oynayardı ki, o biri rolları onun kölgəsində qalardı.

Bir söz deyim, rejissorlarinciməsin. Bizim rejissorlar nə Fazil Salayevin, nə Məmmədsadıq Nuruyevin, nə dəMirzə Babayevin istedadlarından istifadə eləyə bilmədilər. Onlar gedib başqa ölkələrdənaktyor dəvət etdilər, ancaq bu cür istedadlar öz qiymətini ala bilmədi.

… Çiçəklərdən danışırdıq.İndi də bir neçə gündür havalar çox soyuq keçir. Hətta dağlıq rayonlara güclüqar da yağıb, havalar da şaxtalı keçir. Açılan çiçəklərə, güllərə lap yazığım gəlir.Axı çiçəklər də, güllər də bir canlıya bənzəyir. Soyuq olanda onlar da üşüyür. NəvəmTunar deyir ki, dədə, bəs bu çiçəklər axı soyuqdan ölə bilərlər. Bəlkə onların üstünəböyüklər bir şey atsınlar, o çiçəklər də soyuqdan donmasın.

… Ağ çiçəklərin üstünədüşən yağış damlaları onu bir az da büzüşdürür. Sanki ağ çiçəklər soyuqdan qorunmaqüçün bir az da yığılırlar, bir az da özlərini bükürlər…

Çiçəkləri ölməyəheç vaxt Ulu Yaradan qoymaz. Elə nəvəmə dəbelə dedim. Dedim ki, Tunar, qorxma, çiçəklər ölməyəcək. Bir azdan gün çıxacaq,bir azdan isti olacaq, o büzüşüb qalan çiçəklər açılacaq, yarpağa çevriləcək. Həril belə olur. Yaz gəlməmiş, isti düşməmiş ağaclar çiçəkləyir. Bəzən də indiki kimisoyuq olur, qar yağır, şaxta düşür.

…Üşüyənlər bükülübqalır, özünə sığınır, bir az davamlıları soyuqdan qorxub çəkinmir. Və sanki şaxtaya,qara meydan oxuyur. İndi bir-iki gündən sonra bu soyuğun da ömrü bitəcək. Yenə günəşdoğacaq, yenə hər tərəf nura boyanacaq və bu çiçəklər, bu güllər də o günəşdən,o işıqdan nur içəcəklər…


TƏQVİM / ARXİV