adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Mart 2018 11:53
14025
DÜNYA
A- A+

Makron Rusiyanı boykot etdi

Fransa Prezidenti Emmanuel Makron Paris Kitab Salonunda Rusiya stendini ziyarətdən imtina edib.

Adalet.az xəbər verir ki, bunu "RİA Novosti” agentliyinə açıqlamasında Rusiya nümayəndə heyətinin üzvü Yevgeni Rezniçenko söyləyib. Onun sözlərinə görə, Yelisey sarayı artıq bununla bağlı Rusiya səfirliyinə məktub göndərib.

O, Makronun bu addımını provokasiya adlandırıb.

Qeyd edək ki, bundan öncə Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsinə görə Fransa da Rusiyanı ittiham etmişdi.