adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Mart 2018 10:38
9606
İDMAN
A- A+

Məmmədyarov yenə heç-heçə edib

Berlində şahmat üzrə İddiaçılar Turnirinin beşinci turu yekunlaşıb.

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov və Çinli qrossmeyster Din Lijen arasında keçirilən partiya 31-ci gedişdə heç-heçə ilə bitib. Bu, aktivində üç xal olan azərbayçanlı şahmat ustasının Berlin turnirindəki 4-cü heç-heçəsidir.

Qeyd edək ki, turnirin qalibi norveçli Maqnus Karlsenlə matçda çempionluq tacı uğrunda mübarizə aparmaq hüququ qazanacaq.