adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Mart 2018 09:36
8568
HADİSƏ
A- A+

Ötən günün “yol terroru”: 3 qəza, 2 ölü, 4 yaralı

Daxili İşlər Nazirliyi martın 15-dən 16-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.


Nazirlikdən Adalet.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 91 cinayət faktı qeydə alınmış, onların da 14-ü "isti izlər”lə açılıb.


Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 4 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.