adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Mart 2018 09:14
14933
GÜNDƏM
A- A+

BU MİLLƏT HOKİNQİ NƏ QƏDƏR SEVİRMİŞ?

Sosial şəbəkələrə girmək mümkün deyil, başdan-ayağa ağlaşmadı. Bir əlil fizik ölüb. Özü də elə-belə ömür yaşamayıb, normal bir ömür yaşayıb. Allah bizlərə də o qədər ömür versin. Deyək ki, belə bir söz var, alim öldü, aləm öldü. Baxıram, onun insanlıqla bağlı dediyi statusları paylaşırlar, içində də təzə bir söz yoxdu.

Bunu min ildən çoxdu həm Qərbin böyük filosofları, həm də Şərqin böyük filosofları deyiblər. Fizik kimi böyük alim ola bilər, amma bir yazar, bir filosof kimi bizim böyük şəxsiyyətlər, eləcə də mənim kimi balaca şəxsiyyətlər onun dediklərindən on dəfə daha çox fikirlər söyləmişik.

İndi biz neyləyək ki, ev buzovundan öküz olmur, amma hansısa bir xarici bir buzov öküz nədi ey, az qala Tanrı qədər qəbul olunur.

Ağlamaq istəyirsizsə Yusif Məmmədəliyevə ağlayın, Xudu Məmmədova ağlayın.

Nə isə…