adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Mart 2018 13:02
43367
GÜNDƏM
A- A+

SÖYÜŞ SÖYƏNLƏ ÇATDIRAN 50-50-yədi

Gedib oturub Avropada, götürdüyü öhdəliklərə görə Azərbaycanın görkəmli şəxsiyyətlərini söyürlər, təhqir edirlər, xalqımızı aşağılayırlar və sair və ilaxır. Onlara cavab vermək istəyənlər də həmin adamların söyüşlərini paylaşırlar və sonra da guya onlara etirazlarını bildirirlər.

Dostlar, etirazınızı bildirirsiz, çox gözəl. Amma həmin söyüşləri paylaşıb etirazını bildirirsiz beş-on nəfər, amma altında trollar yenə xalqımıza, dövlət başçımıza və sair və ilaxır həqarət dolu şərhlər paylaşırlar. Bəlkə də çox adamın bilmədiyini sizin paylaşmadan sonra bilirlər.

Etirazınızı bildirin, çox gözəl. Amma həmin söyüşləri niyə paylaşırsız?!

Siz bilmirsiz ki, söyüş söyənlə çatdıran 50-50-yədi?

Bu dövlətə, bu dövlət başçısına, bu millətə əslində «ayı xidməti» göstərirsiz.