adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Mart 2018 17:53
13458
DÜNYA
A- A+

AVROPA PARLAMENTİNİN HAQSIZ TƏLƏBİ

Bu ikiüzlü parlament Türkiyədən tələb edir ki, «Zeytun dalı» əməliyyatını saxlasın və qoşunlarını Afrindən geri çəksin. Səbəb də onu göstərir ki, guya həmin əməliyyatda sivillər də ölür.

İraqda ABŞ-ın və koalisyon dövlətlərinin apardığı əməliyyatlar nəticəsində 1 milyon 500 min sivil ölüb, eləcə də Suriyada 500 mindən artıq sivil ölüb. Onda Avropa Parlamenti harda çöplənirdi, niyə səsini çıxarmırdı?

Eləcə də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri 20 mindən artıq sivil öldürüblər, Ağdaban, Xocavənd və ən dəhşətlisi Xocalı soyqırımını törədiblər. Və yenə deyirik, onda Avropa Parlamenti harda çöplənirdi? İndi Türkiyənin haqq işinə mane olmaq istəyirlər. Alınmaz. Sayın Ərdoğanın Türkiyənin təhlükəsizliyi üçün apardığı mücadiləyə bir kimsə mane ola bilməz.

Uğurlar, Türkiyə!