adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Mart 2018 15:17
14026
ƏDƏBİYYAT
A- A+

Əziz Nesinin “Qum qalalar” toplusu Azərbaycan dilində

Aprelin 1-i saat 14:00-dan 16:00-dək "Kitabevim.az" mağazalar şəbəkəsində "Kitabsevərlər" hərəkatının 19-cu nəşri, Əziz Nesinin "Qum qalalar" kitabının təqdimatı keçiriləcək.

Parafraz-ın məlumatına görə, kitabın tərcüməçisi hərəkatın rəhbərlərindən olan Fariz Bayramov, redaktoru yazıçı Cavid Qədirdir.

Fariz Bayramov deyib ki, "2 kitab al, 1 kitab qazandır" kampaniyası çərçivəsində təqdimat günü satılan hər iki kitab ucqar kəndlərdə yaşayan balaca oxuculara bir hədiyyə kitabı qazandıracaq.

Onun sözlərinə görə, uşaqlara əzmli olmağı, xəyallarının arxasıyca getməyi aşılayan ibrətamiz 15 hekayədən ibarət "Qum qalalar" kitabını böyüklərin də oxumağında fayda var.

F.Bayramov əlavə edib ki, hədiyyələr Tərtər, Beyləqan, İmişli, Şəmkir, Astara, Yardımlı, Ağcabədi, Cəlilabad, Göyçay rayonlarına göndəriləcək.

Təqdimatın dəstəkçiləri Parafraz saytı, "İçərişəhər BookHouse&Cafe" və Kitabevim.az Kitab Evidir.