Nicat NOVRUZOĞLU: AĞSAQQALLAR SÖYÜRSƏ, YENİYETMƏLƏRƏ NƏ DEYƏK?

NİCAT NOVRUZOĞLU
62764 | 2018-03-16 12:11

Yenəbizim müdir tutdu qulağımdan, dedi gedəcəyik «Neftçi» ilə «Qarabağ»ın «Bakcell arena»stadionundakı oyuna. Ağzım nəydi, təbii ki, getdik. Allah heç kəsin müdirini futbol azarkeşi eləməsin.

Nəisə, getdik. Çox gözəl bir oyun izlədik. Həqiqətən elə bil ki, «Barselona» ilə«Sevilya» oynayırdı. Amma bu dəfə «Barselona» «Neftçi» idi, «Sevilya» «Qarabağ».

Hərdənmənə elə gəlirdi ki, «Qarabağ» ya məşqə çıxıb, ya da futbolçular qurdlarınıöldürürlər. «Neftçi» daha inamlı oynayırdı, qalib gəlsəydi onun haqqı idi.

Ümumiyyətlə,«Qarabağ» fasilədən qayıdandan sonra həvəssiz oynayır. Çox pis. Bunun bir nədəni arxayınlaşmaqdı. Qarşıda 8 oyunvar və təbii ki, «Qəbələ»nin «Qarabağ»ı keçməsi üçün bu qarşıdakı 8 oyundan 4-ünü «Qarabağ» uduzmalıdırvə bütün oyunlarda da «Qəbələ» qalib gəlməlidir.Bu da mümkün kimi görünmür. Ona görə də son oyunlarda «Qarabağ» futbolçuları meydançaya qurdunu öldürmək üçün çıxır.

Mənoyunu şərh etmək istəmirəm, çünki o qədərdə futbolu bilmirəm. Bu yazını niyə yazdım? Ürək ağrıdan bir məsələ vardı. Oyun zamanı «İmarət tayfa» fan klubu,eləcə də onlara qoşulan Allahverdi Bağırov ordusu, o biri qoşulanın adı nəydi, yadımdan çıxıb fanklubu «Qarabağ»a böyük dəstək verirdilər. Sevindiricidi. Düzdür, təxminən 200 nəfərdilər.

Eləcədə «Neftçi»nin fan klubu (elə onlar da təxminəno qədərdilər) onlar da öz sevimli komandalarını dəstəkləyirdilər. Çox ləzzətliydi.

Ammasonra nə oldu? «Neftçi» azarkeşləri «Qarabağ»ı söyməyə başladılar, «Qarabağ»ın fanatlarıda «Neftçi»ni. Və mənə elə gəldi ki, hər iki tərəf məni söyür. Və futboldaqadın azarkeşləri də vardı. Bu söyüşləri onlar da eşidirdilər. Və hər iki komandanın söyüş söyənləri bilmirdilər ki, onlar öz komandalarına dəstək vermirlər, əksinə , onlara böyük zərbəvururlar. Bütün futbolgözümdən düşdü. Və müdirə dəürəyimdə söydüm ki, bura niyə gəlmişik, oyuna baxmağa, yoxsa küçə sözlərini eşitməyə?

Vəmüdirin belə söyüşlərlə bağlı danışdığıbir hadisə yadıma düşdü.

Deməli,Sovetlər dönəmidi. «Neftçi»nin əvəzediciheyəti Kiyev «Dinamo»sunun əvəzedici heyətiilə «Spartak» stadionunda (indi orda benzinkalonkatikiblər) görüş keçirir. Onda da «Dinamo» KiyevSSRİ yığma komandasının əsas qüvvəsiolub. Deməli, oyun zamanı əvəzedici heyətdəgörün kimlər oynayır: Yerimçuk, Rats, Zavarov,Belanov, adı yadımdan çıxmış, hətta bu gün Messi ilə müqayisə oluna biləcək futbolçular. Və birinci hissədi, Kiyevin əvəzediciləri – zavarovları«Neftçi»yə 4 dənə babat qol vurublar. Bütün stadion(təxminən 5 min adam, indi «Qarabağ»la«Qəbələ»nin oyununa 5 min adam nədi ey, heç min adam gəlmir, və ya «Neftçi»nin oyununa 300 adam gəlmir) «Neftçi»nin futbolçularını ən ağır küçə söyüşləri ilə təhqir edirlər. Futbolçularımız bu küçə söyüşlərindən çaşıblar.

Buvaxt «Neftçi»nin önəmli oyunçularından biri Tofiq Abbasov gəlir durur azarkeşlərinönündə və deyir:

- Ay camaat, biz sbornı SSRİ-ylə oynayırıq ey, niyə bizi söyürsüz və sizin…

Söyənlərin dediklərinin üstünə beşini də qoyub özlərinə qaytarır.

İndidostlar, futbolçuları küçə söyüşləri ilətəhqir edirsiz. Onlar da sizin qardaşlarınız, əmoğlanlarınız, dayoğlanlarınız vəsair. Onlar həmin söyüşü sizə qaytarmırlar . Düzdür, bu günlərdə deyəsən, Rəşad Sadıqov hövsələ eləyə bilməyib həmin söyüşü qaytarmışdı və ağır cəzalanmışdı.

Sizhəmin söyüşlərlə komandanıza dəstək vermirsiz, əksinə. Və mən bunun «Neftçi» ilə«Qarabağ» oyununda canlı şahidi oldum.

Hamınınana-bacısı olduğu kimi, futbolçuların da ana-bacısı var.

AFFA-danbir xahişimiz var, eləcə də PFL-dən, belə söyüşlərə görə komandalarıcəzalandırın. Və hakimlər hətta azarkeşlərə də qırmızı vərəqəçıxarsın. Bəlkə özlərinə gəldilər.

Ammasöyüşləri eşidəndə gülməyim gəldi. Saytlarabaxırıq, sosial şəbəkələrə baxırıq, Azərbaycanın üzdə olanziyalıları nəinki adi söyüşlərlə,hətta ana-bacı söyüşlərinə qədər bir-birlərini təhqir edirlər. Və əgər belə böyük ziyalılar bir-birlərini təhqir edirlərsə, 15-18 yaşlarındakı yeniyetmələrə«söyüş söyməyin» demək nə qədər gülməli və məntiqlidi?!


TƏQVİM / ARXİV