adalet.az header logo
  • Bakı 7°C
18 Mart 2018 12:04
12410
SAĞLAMLIQ
A- A+

Baş ağrılarının səbəbləri




















Baş ağrısı ən çox qarşılaşılan ağrılardan biridir.


Baş ağrısının bir çox səbəbi ola bilər. Bəzən səs-küydən, bəzən. yuxusuzluqdan. bəzən aclıqdan və s. kimi təbii bunlar müvəqqəti baş ağrıları olub, ümumi olaraq bütün insanlarda görülə bilməkdədir.


Yuxusuzluq. Yuxuya gec getmək, narahat yuxu, gecə yuxudan tez-tez oyanmaq kimi hallar səhər baş ağrılarının əsas səbəbidir.


Həddindən artıq yatmaq. Bu da səhər baş ağrılarına səbəb ola bilər.


Narahat yastıq. Çox böyük və ya çox kiçik yastıqda yatan insanın boyun fəqərələri damarları sıxa bilər ki, bunun nəticəsində beyinin qan dövranı pozulur və bu da səhər baş ağrılarına gətirib çıxardır.


Yastıq insanın çiyni enində olmalıdır, baş yuxu zamanı nə önə, nə də arxaya əyilməməlidir.


Saçları uzun olan bəzi qadınlar yatmazdan əvvəl saçlarını yığır. Saçlar çox sıx yığılıbsa, bu da səhər baş ağrılarına səbəb ola bilər.

Yatmazdan əvvəl çoxlu yemək yemək.