Millimiz 8 pillə gerilədi
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Adalet.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası səkkiz pillə geriləyib. Millimiz 243 xalla 127-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, yığmamız ötən ay 119-cu sırada yer almışdı.