adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
15 Mart 2018 16:34
13778
DÜNYA
A- A+

Rusiya ingilis diplomatları ölkədən qovur

Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Skripal işi"ndə Böyük Britaniyaya cavab veriləcəyini bəyan edib.

Adalet.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Lavrov rusiyalı diplomatların Londondan qovulmasına adekvat addım atılacağını deyib.

XİN rəhbəri qeyd edib ki, cavab tədbiri olaraq Britaniya diplomatları Rusiyadan çıxarılacaq: "Bəzi ingilis diplomatları mütləq ölkədən xaric edəcəyik. Yaxın vaxtlarda bununla bağlı qərar veriləcək”

Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Məlum hadisədən sonra iki ölkə arasında münasibətlər pozulub. Britaniya 23 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib.