adalet.az header logo
  • Bakı 19°C
14 Mart 2018 17:19
13002
DÜNYA
A- A+

Avropa Komissiyası viza rüsumunu artırır

Avropa Komissiyasının təklif etdiyi Şengen zonasının ümumi viza məcəlləsinə dəyişikliklər Azərbaycan vətəndaşları üçün viza rüsumunun dəyərinə təsir etməyəcək.

Avropa Komissiyası üçüncü ölkə vətəndaşları üçün viza rüsumunun 20 avro artırılaraq 80 avroya çatdırılması barədə qərar qəbul edib.

Bununla belə qeyd olunur ki, artım 35 avro həcmindəki rüsumlara şamil olunmayacaq: "Rüsum artırılması barədə qərar Avropa İttifaqı ilə Rusiya, Ermənistan və Azərbaycan kimi ölkələrlə imzalanmış sadələşdirilmiş viza rejimi barədə sazişlərə təsir etməyəcək”. (trend)