adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Mart 2018 17:11
9937
İDMAN
A- A+

“Borussiya”da yeni müqavilə

Lukaş Pişçek Dortmund "Borussiya”sındakı çıxışını davam etdirəcək.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, polşalı futbolçu klubu ilə müqaviləsini yeniləyib.

Pişçekin yeni sözləşməsi 2020-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi "Borussiya”da 2010-cu ildən çıxış edir. Pişçek cari mövsüm Bundesliqada 16 oyunda forma geyib.