adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Mart 2018 17:39
11077
İDMAN
A- A+

Ukraynalı idmançılara Rusiyaya getmək qadağan olundu

Ukraynalı idmançıların Rusiya ərazisində istənilən yarışlara qatılması qadağan edilib.

Adalet.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın gənclər və idman naziri İqor Jdanov əmr verib.

Nazirin sözlərinə görə, Rusiyada təşkil olunan yarışlar ukraynalı idmançılar üçün təhlükəlidir. O, həmçinin Beynəlxalq Federasiyaları Rusiya Federasiyası ərazisində yarışlar keçirməməyə çağırıb.