adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
14 Mart 2018 16:29
15776
KRİMİNAL
A- A+

Bakıda mənzildən meyit tapılıb

Bakıda mənzildən 49 yaşlı kişi meyiti tapılıb.

Adalet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və orada aşkarlanan 1969-cu il təvəllüdlü Qəzvinli Elşad Nadir oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.​