adalet.az header logo
  • Bakı 18°C
14 Mart 2018 15:39
11319
İDMAN
A- A+

Avropanın rəmzi yığması

Nüfuzlu idman nəşrlərini özündə birləşdirən Avropa İdman Jurnalistləri Assosiasiyası fevral ayı üçün "köhnə qitə”nin rəmzi komandasını elan edib.

Adalet.az-ın xəbərinə görə, bu seçimi futbolçuların daxili çempionatlardakı çıxışlarına əsasən jurnalistlər aparıb.

Sorğunun nəticəsinə görə, rəmzi komandada aşağıdakı 11 futbolçu yer alıb:

De Hea ("Mançester Yunayted", İngiltərə); Kalabriya ("Milan", İtaliya), Hummels ("Bavariya", Almaniya), Kyellini ("Yuventus", İtaliya), Jordi Alba ("Barselona", İspaniya); De Breyne ("Mançester Siti", İngiltərə), Villian ("Çelsi", İngiltərə), Allan ("Napoli", İtaliya); Messi ("Barselona", İspaniya), Qrizmann ("Atletiko", İspaniya), Salah ("Liverpul", İngiltərə).