adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Mart 2018 14:58
19548
MARAQLI
A- A+

“Biliyin əsas düşməni cahillik deyil, bilik illüziyasıdır”













Bu gün dünya şöhrətli alim Stiven Hokinq 76 yaşında Kembricdəki evində vəfat edib.

Stiven Uliyam Hokinq 1942-ci il yanvarın 8-də Oksfordda (Böyük Britaniya) anadan olub. 1962-ci ildə Oksford Universiteninin fizika fakültəsini bitirb və Kembric Universitetinə daxil olaraq orda kosmologiya üzrə təhsilini davam etdirib. 1966-cı ildə doktorluq elmi dərəcəsi alıb.

1965-ci ildə Ceyn Ualtla evlənib. Onların üç uşaqları olub. Oğlanları Robert, Timoti və qızları Lyusi. Cütlük 90-cı illərin əvvəllərində boşanıb.


Kembricdə oxuduğu vaxt elmi tədqiqatlara başlayıb. 1973-cü ilə qədər universitetin Astronomiya institutunda işləyib, sonra tətbiqi riyaziyyat və nəzəri fizika fakültəsinə keçib. Hokinq kosmologiya, kvant qravitasiyası üzrə mütəxəssis olub və atmosferdəki qara dəliyi tətbiq edib. O, qara dəliyin radiasiyaya görə «buxarlanması» nəzəriyyəsinin müəllifidir (bu, elmdə «Hokinq şüalanması» adlanır). Dünyanın Böyük partlayış nəticəsində meydana gəlməsiylə bağlı nəzəriyyəylə məşğul olub.


1963-cü ildə alimdə xroniki mərkəzi sinir sistemi xəstəliyi olan yan amiotrofik skeleroz xəstəliyi aşkarlanıb. Bu xəstəlik nəticəsində iflic olub. 1985-ci ildə Hokinq ağciyər iltihabı nəticəsində traxeosotomiya keçirib. Bundan sonra nitq qabiliyyətini itirib və danışıq sintezatorundan istifadə etməyə başlayıb. Sifətindəki təqlid əzələlərinə birləşdirilmiş sensorla idarə olunan xüsusi əlil arabası vasitəsilə hərəkət edirdi.

Hokinq 1974-cü ildə Kaliforniya Texnologiya İnstitutuna(ABŞ) işə dəvət olunur. 1979-2009-cu illərdə riyaziyyat üzrə Lukasovski professoru olub (bu, dünyada riyazziyat üzrə ən nüfuzlu akademik vəziflərdən biri sayılır). 20 il nisbilik nəzəriyyəsi ilə bağlı problemlərlə məşğul olan qrupa başçılıq edib. 2007-ci ildə Kembric Universitetində nəzəri kosmologiya mərkəzi yaradıb.

1995-ci ildə ikinci dəfə öz baxıcısı Elayın Meysonla evlənib. İkinci arvadıyla 11 il yaşayıb. 2006-cı ildə cütlük boşanıb.


Atesist idi. Leyboristlər partiyasının tərəfdarıydı. Alim nüvə silahını ləğvinin, ümumi səhiyyə sisteminin və iqlim dəyişkənliyi ilə mübarizənin alovlu tərəfdarı olub. 2003-cü ildə İraqda baş verən müharibəni hərbi cinayət adlandırmışdı. Kraliça II Yelezaveta ona zadəgan rütbəsi vermək istəsə də, bu fəxri addan imtina eləmişdi.

Stiven Hokinq elmin kütləviləşdirilməsi ilə məşğul idi. O, «Zamanın qısa tarixi» (1988), «Qara dəlik və gənc kainatlar» (1993), «Dünya qoz qabığında» (2001) və başqa kitabların müəllifiydi. Bir neçə elmi-kütləvi filmdə iştirak edib, reklamlarda və musiqi kliplərində çəkilib, kinoda öz obrazını yaradıb.