Faiq QİSMƏTOĞLU: TAMAH

FAİQ QİSMƏTOĞLU
49341 | 2018-03-14 14:30

Deyirlərki, ili necə qarşılasan, elə də yola salarsan. Yəni hər təzə il gələndə gərək adamın süfrəsində bolluq olsun.Bolluq olanda isə ataların dediyinə görə, o il çox bərəkətli keçir. İndi də Novruz bizə addım-addım yaxınlaşır.Loru dildə demiş olsaq, artıq onun ayaq səsləri eşidilir. Üç çərşənbəni – su, od,yel çərşənbəsini arxada qoymuşuq. Tonqal qalamışıq və o tonqalın üstündən «ağırlığım,uğurluğum bura tökülsün» deyib tullanmışıq.

Tay bilməmişik buüç çərşənbədə hamının evində süfrə açılıb, ya yox. Süfrə açılıbsa, çox şükür! Açılmayıbsa,Allah-Təala heç olmasa axırıncı çərşənbədə və Novruzda o açılmayan süfrələrin üstünüruzi-bərəkətlə doldursun. Çünki Novruz elə bir bayramdır ki, bundan əziz, bundanyaddaqalan və bundan gözəl gün bizim üçün ola bilməz. Ən azından ona görə ki, yazıngəlişiylə hətta dünyadan küsmüş, ürəyi dərddən qubar bağlamış və hər yerdən əliüzülmüş adamların da ürəyində ümid göyərir…

Novruzda ən çox insanlarşirniyyat məhsullarına böyük həvəs göstərirlər. Gərək stolun üstündə şəkərbura,paxlava, badambura, qoğal… bir sözlə, bu gözəl, ləziz şirin şeylərin hər biri yan-yanadüzülsün… Düzdür, həkimlər həddindən çox şirniyyat məhsulları yeməyi insanlara məsləhətbilmirlər. Ancaq heç olmasa bir dəfə Novruz bayramında bu pəhrizi pozsaq, dünyadağılmaz ki. Ancaq bəzən görürsən ki, şəkərxəstəliyindən əziyyət çəkən bir çox adamlar həddindən çox şəkəbuba, paxlava yedivə sonra da öldüm-öldümə düşdülər. Yəni şəkəri qalxdı, Mehribanın canı üçün250-yə!..

Mənim bir tamahkar dostum var, tay adını yazmıram. İstər-istəməzözü biləcək. Şəkər xəstəsi olsa da, qətiyyən pəhriz saxlayan deyil. Bir də görürsənki, əlinə nə keçdi, basıb yeyir. Elə oldu ki, həmin dostumuzla yay vaxtı bir rayonagetmişdik. O rayonda da yaxşı qarpız vardı. Səhərə qədər yatmadı, o qarpızın iki-üçünüyedi. Sonra da dedi ki. ölürəm. Mən də dedim ölürsən cəhənnəmə öl! Bəs bilmirsənki, iki-üç qarpız sənin axırına çıxacaq? O da yazıq görkəm alıb və dilləndi ki,düz sözə nə deyəsən. Vallah, bu tamah məni öldürəcək. Hələ ki, bu tamah onu öldürmür,əlinə keçdi basıb yeyir. O gün də mənə zəng eləyib bildirir ki, qardaş, bəs bilirsənnə olub? Yenə tamahımı saxlamayıb bir dəfədəbeş-altı şəkərbura yemişəm. Bu dəfə də şəkərim qalxıb 350-yə. Həkimlər gəlib birtəhərşəkərimi aşağı salıblar. Sonra da görürəm ki, baş barmağım şişib. Axı sənə demişdim,bu tamah məni öldürəcək. Hələ ki onun 64 yaşı var, şəkərlə döyüşür, özünə insulinvurur və hər gün də səhər saat 6-du durub həyət-bacada işləyir. Deyir ki, işləməsəmşəkər mənim axırıma çıxar.

Allah onun köməyiolsun! Gör hardan gəlib hara getdik. İndi qayıdaq bayram süfrəsinin bəzədilməsinə.Yəni Novruz süfrəsində yarada biləcəyimiz bolluğa. Kim istəməz ki, Novruzda süfrəsindəürəyi istədiyi şirniyyat məhsulları, çərəzlər, plovdan tutmuş digər ləziz xörəklərəkimi hər şey olsun. Təbii ki, bunu hamı arzulayar. Amma dediyimiz o gözəl yeməklərinsüfrəyə hazırlanıb çıxması üçün bir ətək də pul lazımdır.

Mütəxəssislər hesablayıblarki, görd nəfərlik bir ailənin normal bayram süfrəsi açması üçün ən azından200-250 manat pul lazımdır. İndi gəlin görək ayda 150-160 manat təqaüd alan, yaxud 250 manat əməkhaqqı qazanan və evdə ondan başqa heç kim işləməyən ailədə hansı adam bu cüzi məvaciblədediyimiz o süfrəni aça bilər? Bəlkə kimsə aça bilər? Bilərsə lap yaxış! Buna sözümüzyoxdur.

Reallıqsa bundanibarətdir ki, hamı Novruzu çox böyük səbirsizliklə gözləyir. Sonuncu çərşənbə martın 20-nə təsadüf edir. Və martın 20-də dəölkəmizə bahar gəlir. Bəs görəsən heç olmasa sonuncu çərşənbədə, yəni bayram axşamıölkəmizin bütün insanları süfrə aça biləcəklərmi? Hər halda, bunu onların ailə büdcələrigöstərəcək.

Allah-Təala heç birinsanı darda qoymayıb. Yəni belə baxanda indiki şəraitdə süfrə aça bilməyəcək adamtəsəvvürümüzə gəlmir. Söhbət ondan getmir ki, yuxarıda dediyimiz o zəngin süfrəaçılsın. Söhbət ondan gedir ki, heç olmasa hər evdə bayram plovu bişirilsin, yumurtaboyansın. Bax, bunu bizim düşüncəmizlə hər bir kasıb adam da eləyə bilər. ÇünkiUlu Yaradan heç vaxt kasıbların üstündən öz nəzərini əksik etməyib. İnşallah, budəfə də əskik eləməz…


TƏQVİM / ARXİV