adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
14 Mart 2018 12:14
32323
DÜNYA
A- A+

Mənim günahım nə idi? - Milliyətçi qadından Ərdoğana sual

Prezident Rəcəb Tayyib Ərdoğanın keçən həftə Mersində xalqı salamlayarkən bozqurdçuların simvolu olan "Bozqurd işarəsi”ni tutması haqqında çox danışıldı. Ərdoğanın 2015-dəki Uşak ziyarətində bozqurd işarəsi tutduğu üçün polislər tərəfindən saxlanılan MHP-nin köhnə rayon idarəçisi, məhkəməsi il yarım davam edən Kayıhan "Mersindəki o səhnəni görəndə, indi özünün bozqurd işarəsi tutması mənə gülməli gəldi. Bəs, yaxşı, mənim günahım nə idi?” deyə SÖZCÜ qəzetinə danışdı.

Kayıhana "Prezidentə təhqir” iddiasıyla 4 il həbs cəzası tələb olundu və bəraət qazandı. 

Ərdoğan Mersində xalqı belə salamlamışdı 


MHP-dən istefa verib İYİ partiyasına keçən Kayıhan bunları dedi: " 2015-in 27 mayında Uşakda Ərdoğanın maşını keçərkən rayon binasının eyvanından bozqurd işarəsi göstərdim. Polislər gəlib "Prezidenti təhqir elədin” deyib məni apardılar. 2 polis mənim üstümə şər atdılar , guya prezidentə demişəm ki, "Allah bəlanı versin”. Ərdoğan 2011-də Bahçeli üçün "Mən bozqurdla birgə gəzmirəm, varlıqların əşrəfi olan insanlarla gəzirəm” demişdi. İndi isə bozqurd işarəsi göstərir. İlahi ədalət var. Milliyətçilərin səsini qazanmaq üçün onların simvolunu göstərməyi mənə səmimi gəlmədi. Bozqurdçuların səsini qazanmaq üçün "bozqurd salamı” verdi”.


Devlet Bahçelidən zəhər dolu sözlər


MHP Uşak Mərkəzi rayon idarəsinin üzvü Seher Kayıhanın prezidentin mühafizəçiləri tərəfindən Uşak MHP-nin binasının içində tutulmasını Devlet Bahçeli İstanbul Kazlıeşme mitinqində gündəmə gətirmişdi. Kazlıeşme meydanında 31 mayda təşkil olunan mitinqdə Kayıhana sahib çıxan Bahçeli bunları dedi:

"Uşakta Ərdoğanın qanunsuz mitinqindən əvvəl bozqurd işarəsi göstərən bir xanım şərəfsizcəsinə saxlanılmış və sorğulanmışdı. Ərdoğanın tətikçiləri sanki partiyamızın binasına hücrəyə basqına bənzər soxulmuşdular. Bunlara 7 İyundan sonra həddlərini bildərəcəyik.  Ərdoğanının bozqurd işarəsinə nifrətini yaxşı bilirik. MHP-yə nifrətini də həmçinin. Madam ki, bozqurd işarəsinə dözümsüzdür, madam ki, çaqqal hökmünü bizə keçirəcəyini zənn edir, o halda bu meydan, bu da şeytan. Ərdoğana səslənirəm. Gəlsin Kazlıeşməyə, baxsın. Yüzlərlə bozqurd işarəsi tutan vətənpərvər qardaşlarımı görəcək. Hə, səni qoruyan polislərini də bura göndər. Tərəfini tutan hakim və vəkillərini də həmçinin. Gücün çatırsa, yüz minlərlə qandal vur, məhkəmələrə çıxart. Hə, Ərdoğan, qorxma, mərdsənsə agentləri aramıza burax, hamımızı ifşa elə. Fatihəni bilməyənlər deyə günahlandırdığın adamlar buradadır. Biz irəliləyirik, görəsən, sən harada fitnə planları qurursan?”.

 Sözçü qəzeti

Türkcədən çevirən Emin Akif