ANA SƏHİFƏ / SAĞLAMLIQ

Xərçəngi bu robot müalicə edəcək

4434    |   2018-03-14 17:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çin Nanoelmlər və Texnologiyalar Mərkəzinin alimləri təhlükəli şişlərə qarşı uğurla mübarizə aparan ilk avtonom DNK nanorobotlar yaratmağa və onları sınaqdan keçirməyə müvəffəq olublar. Hər bir nanorobot o qədər kiçikdir ki, onu adi gözlə görmək mümkün deyil. Nanorobot ölçüsünə görə iynənin ucundan 5 min dəfə kiçikdir.

Adalet.az xəbər verir ki, dezoksiribonuklein turşusu (DNT) əsasında işləyən robot boruşəkilli struktura malikdir. Onun uzunluğu təxminən 90 nanometr, diametri 19 nanometr təşkil edir. Nanorobotlar öz konstruksiyası sayəsində araşdırmalar aparmağa kömək edəcək və şişləri müstəqil şəkildə tapacaq. Bundan sonra təhlükəli şişin qanla təmini blok ediləcək. Nəticədə şiş bir neçə həftə sonra məhv olmağa başlayacaq. Nanorobotlar siçanlar üzərində sınaqdan keçirilib. Bir neçə gün və ya həftə ərzində şişin ölçüsünün xeyli azalması, çox vaxt isə tam məhv olması müşahidə edilib.

"Kimyəvi terapiya və radiasiyadan fərqli olaraq, DNT nanorobotları yaxınlıqdakı sağlam toxumalara ziyan vurmadan şişləri müalicə etmək qabiliyyətinə malikdir. Nanorobotlar beyində toplanmır və beləliklə, insult riski yaratmır”, – deyə çinli alim Çjao Yuylan bildirib. Hazırda alimlər kliniki tədqiqatlar aparırlar. Onlar bu inqilabi texnologiyaya şiş əleyhinə terapiya statusunun verilməsinə ümid edirlər.




İmza:
SON XƏBƏRLƏR
2018-09-25
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK