adalet.az header logo
  • Bakı 18°C
13 Mart 2018 15:45
12416
DÜNYA
A- A+

Çavuşoğlu: “Türkiyə-ABŞ münasibətləri qırılma nöqtəsinə çatıb”

"Türkiyə ilə ABŞ arasında münasibətlər qırılma nöqtəsindədir”. Adalet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazirin fikrincə, türk xalqı amerikalılara çox neqativ yanaşır.

"Bu qırılmanın qarşısını almaq üçün fevral ayında işçi qrup yaratmışdıq. Və biz onlara şərt qoyduq: əgər yenə dediyiniz heç bir sözü tutmasanız, onda biz də buna dözən deyilik”.

Çavuşoğlu əsas narazılığın rəsmi Vaşinqtonun kürd silahlılarına dəstək verməsi ilə bağlı olduğunu deyib.