adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Mart 2018 15:38
9290
GÜNDƏM
A- A+

Əfv Komissiyası niyə toplanmır? - AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev komissiyanın son günlər iclaslarının keçirilməməsinə aydınlıq gətirib.

Ə.Nuriyev məsələ ilə bağlı AzVision.az-a bildirib ki, hazırda komissiya fasiləsiz iş aparır.

"Əfvlə bağlı müraciətlərə baxılması üçün müvafiq sənədlər toplanmalı, arayışlar hazırlanmalıdır. Bura müxtəlif qurumlardan rəylərin alınması da daxildir. Sənədlər hazırlanıb başa çatdıqdan sonra komissiyanın iclaslarında müraciətlərə baxılır. Proses bir qədər diqqətlə aparılmaldır. Ona görə də gərgin iş gedir. Müraciətlər tam hazır olduqdan sonra komissiyanın iclasları keçirilir. Bu baxımdan proses davam etməkdədir”, - deyə Ə.Nuriyev bildirib.

Qeyd edək ki, ümumilikdə indiyədək komissiyaya 1000-dək müraciət daxil olub və onlardan 500-ə yaxınına baxılıb.