Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Biz bu hala “Damla- Damla” gəlib çıxdıq - Emin Akif Adalet.az | Biz bu hala “Damla- Damla” gəlib çıxdıq - Emin Akif Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Biz bu hala “Damla- Damla” gəlib çıxdıq - Emin Akif

8510    |   2018-03-13 14:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Damla-damla gopladıq.

Damla da nə yaman Damla imiş ha…

Bugün avtobuslardan birinin üstündə reklama rast gəldim. Damlanın konserti olacaqmış. Fanatları bu məşhur qıza qovuşacaqmış. Pəh!

Əsrimizin əvvəlləri yadıma düşdü. Musiqimizin əl-qol açıb oynayan vaxtları idi. Hərə bir yandan bir rəvayət tutuzdururdu. Bunu burada qeyd edim, sonda lazım olacaq. Müstəqillik dövrümüzdən sonra meyxananı yenidən dəbə çevirən ANS kanalı olmuşdu. Bu cümləni yadınızda saxlayın. Hərə bir yandan parıldayıb ulduz olduğunu bəyan edirdi. "Səbuhi studiyası” qalaqrammasıyla kasetlər buraxılırdı. Hər yeni açılan sübh səhəri heç də yaxşı şeylər vəd etmirdi.

Biraz irəlidə bizi müğənnilərin şəxsi həyatlarının gündəmə gəlməyi gözləyirdi. Röya ilə Faiqin sevişməklərindən tutmuş, Elarizin videolarına kimi. Üstəgəl, kameralı, musiqili telefonlar da təzə-təzə təşrif buyurmuşdu ölkəmizə. Ölkəyə çəkhaçək düşmüşdü. İntim videolar tüğyan edirdi.

Qalmaqallar müğənninlərin həqiqətən də gündəmdə ya qalmaqlarının, ya da qalmamaqlarının xəbərçisi idi. Amma qalmaqalla gələnlərin çoxusu nəinki gündəmdə qalmadı, ümumiyyətlə, parıldamamış musiqi dünyasının səmasından sürüşüb yoxa çıxdılar.

Bir müddətdən sonra meyxanalar hər yeri zəbt etməyə başladı. Ana-bacı, var-yox söyüşləri ilə dolu meyxanalar dəbə mindi. Camaat da qulaq asıb "ala, bundakı söyüş fantaziyasına bax e” deyib bu meyxanalardan həzz alırdı. Sonra meyxana aləmi biraz da qabağa getdi. Musiqili meyxana adlı bir janr da qondardılar, adını da qoydular ki, Nizami Rəmzinin yadigarıdır.

Bu fürsətdən ən çox istifadə edən Namiq Qaraçuxurlu, Pərviz Bülbülə, Rəşad Dağlı, Namiq Məna oldu. Bu dörd ad meyxana aləminin sözü keçən adamlarıdır. Namiq Qaraçuxurlu ilk rəvayətindən biraz keçmişdi ki, musiqili meyxana yolu ilə müğənnilərə meylini saldı. O, digərləri kimi toy çadırlarında bəy tərifi demədi, ana-bacı söyüşü söymədi, şabaş yığmadı. Birbaşa şou-biznesin episentrinə düşdü. Əvvəl Könül Kərimovayla, sonra Aygünlə.

Rəşad Dağlı kariyerasının əvvəllərində özünü əməlli-başlı göstərib sonra "xaltura”ya keçdi. Bu "xaltura”nı millət ona görə sevir ki, Rəşad meydangirdi. Səs tonu ilə ən maymaq misranı belə xridarlarına bal kimi yedizdirə bilir. Dağlı hələ də toy mağarlarında söz oynatmağa davam edir.

Namiq Məna da bir vaxtlar həm deyişmələri, həm də musiqili meyxanaları ilə dəbdə idi, amma onun dəb zamanı elə də uzun çəkmədi. Bu dəfə o, meyxananın adını dəyişdirib bədiyyə qoydu. Yaxşıca da gündəmə gəldi, müzakirə olundu. Öz ətrafına bədiyyəçi gəncləri yığdı. Sonra biznesi biraz da genişləndirib toylarda meyxana deyənlərlə kəllə-kəlləyə gəlib pul da qazandılar. Meyxana-bədiyyə qarşıdurması artıq son nəfəslərini verir. Bu yaxınlarda da oğlu Mənanı efirə çıxartdı. Ki, oğlum youtube-da milyonlarla baxış toplayıb. Amma bu ata-bala iki Mənaların ikisi bir məna vermir.

Pərviz Bülbülə bir neçə il bundan qabaq özünü bu aləmdə tanıtdırdı. Biraz keçdi, başladı musiqili meyxana deməyə. Gördü ki, yox, təkcə meyxanayla gündəmdə qalmaq olmaz, başladı cavan qızlarla duet oxumağa. Pərviz hələ də elə bilir ki, oxumağa səsi var. Bir-iki şeirinə səbrimi basıb qulaq asmışam. Tövsiyə edirəm ki, uşaqlarınıza qadağa edəsiniz ki, onun şeirlərinə qulaq asmasınlar. Pərvizin sevgi şeirləri polis bölməsindən betərdi. Adam onu tərk edən qadını qabağına qoyub əməlli-başlı danlayır, görür ki, xeyri yoxdur, təhqir də edir. Məsələn, çox rahatlıqla sevdiyi qadını bazara çıxarıb sata bilir. Sevgini kartofa çevirib tərəziyə də qoymağı bacarır. Və bunun da adını sevgi şeiri qoyur. Adamın poetic düşüncəsi nə qədər alçaq olmalıdır ki, sevdiyi qızı bazara çıxara, sevgisini tərəziyə qoya. Üstəgəl, bir-iki bayağı mahnı ilə tutuzduran Damla ilə deut oxudumu, paydədəm vay, o kanal qalmadı ki, bunları dəvət etməyə. Damla da nə Damla. Bircə kəlmə deyə bilərəm ki, Damla bir neçə il də belə gücənsə, Allah qorusun, sağlamlığında ciddi fəsadlar yarana bilər.

Hə, beləcə, meyxanaçılar yavaş-yavaş musiqimizə sırınmağa başladılar. Artıq 10 müğənnidən 8-i bu meyxanaçıların, bədiyyəçilərin "sözlər”inə bəsətələnmiş mahnıları oxuyur. Hamısının mahiyyəti "rakka-çiko”dan ibarətdir, eynidir, maraqsızdır.

Bəs, necə oldu ki, bu "rakka-çiko”lar, məzmunsuz, bayağı mahnılar, adamlar kütlə tərəfindən sevildi? Sosial şəbəkələr haqqında bir deyim var: "Bir gün gələcək, bütün adamlar 15 dəqiqəlik də olsa məşhur olacaqlar”. Həqiqətən də belədir. Sosial şəbəkələr meydanı o qədər ələ aldı ki, artıq televiziyalar rəqabətə davam gətirməyib reytinq xartirinə şəbəkələrdə məşhurlaşan adamları verilişlərinə dəvət etməyə başladılar. Fərqi yoxdur ki, kimdir. Əsas odur, onun verilişdə iştirakı reytinq versin, kütləsi bir dəfə də olsa həmin verilişə baxsın. Məsələn, Kamil Zeynallı adlı bir idmançı var. İdmançı da hansısa güləşçi, karateçi, boksçu deyil ha. Sadəcə trenajor məşqçisidir. Bu adamın xüsusi heç bir istedadı və sənəti yoxdur. Amma şəbəkələrin birində xeyli izləyicisi var. Ona görə də kanallarımız bu adamı tez-tez verilişlərinə dəvət edirlər.

Hətta keçən dəfə əsrin əvvəllərində meydana çıxan Vüsal Əliyev adlı bir müğənninin verilişlərin birində qonaq olduğunu görüb dayandım. İlahi, Vüsal nə görkəmcə, nə də təfəkkürcə bir qram da dəyişməyib. Yenə o bəsit mahnılarını oxuyur, yenə eyni duruşda, görkəmdə xalqı "feyziyab” edir. Aparıcı onun istedadlı olduğunu sübut etmək üçün imkan yaratdı ki, bəstəkar mahnılarından birini oxusun. Vicdanım haqqı, Vüsal oxudu, bacardı. Amma dedi ki, neyləyək, tələbat bunadır.

Bəs, yaxşı, necə olur ki, biz hər il "Yeni il”in gəlişini bayram kimi qeyd edirik? Axı hər gələn yeni il özü ilə yeniliklər gətirməlidir. Ən azından təqvimdəki rəqəmlər təzələnir. Bəs, niyə bu adamlar da, elə Vüsal da "Yeni il”ə gəlib çıxa bilmirlər, geri qalırlar. Çox maraqlı və kədərlidir.

İş o yerə çatdı ki, qısa-qısa düşük videolar çəkən vaynerlər də televiziyaya yol tapdılar, reklam çəkilişləri onlara həvalə olundu, komediya filmlərində rol almağa başladılar. Bunların hamısının səbəbi məşhurluqdur. Yəni indi kimin əlinin alıtnda nə boyda kütləsi varsa, o boyda da danışmağa haqqı var.

Adını da qoydular ki, xalq belə istəyir, xalqın gözü tərəzidir. Amma unutmadılar ki, tərəzi kəmiyyəti ölçür, keyfiyyəti yox.

Həə, elə bu gün Damlanın konsertinin reklam posterini avtobusun üstündə görəndə, tüklərim biz-biz oldu. Vəziyyət belədir. Bir avtobusa minmişik, üzü bayağılığa, mənəvi böhrana doğru yol almışıq. Nə saxlayıb cərimələyən var, nə də cərimə meydançasına aparan. Biz bu hala "Damla- Damla” gəlib çıxdıq. Və bunun hamısının günahı ANS-dədir. ANS-in də bizə vurduğu yeganə zərbələrdən biri meyxananı diriltməyidir. Axı, biz hər şeyin şitini çıxaran adamlarıq. Meyxana dirilməsəydi, biz də onu bu qədər bayağılaşdırmayacaqdıq, şitini çıxarmayacaqdıq. 

 

 



İmza:Emin Akif

YAZARIN ARXİVİ

2018-12-11 : GÜNÜN SÖZÜ
2018-12-10 : ANA KİTAB!..
2018-12-10 : Həyat etüdləri
2018-12-08 : DOST SÖZÜ
2018-12-08 : KƏMALƏ
2018-12-06 : "Foto və Söz"
2018-12-06 : UNUDULMAYAN GÜN
2018-12-04 : Daha olmayacaq
2018-12-04 : Ramin Fərəhli
2018-12-01 : Corc Buş öldü
2018-12-01 : QAZMA MAĞARASI
2018-12-01 : NUR PAYI...
2018-12-01 : Ramiz Rövşən
2018-12-01 : Filoloji esselər
2018-11-29 : NUR PAYI...
2018-11-28 : Sirli Örənqala
2018-11-28 : Mahir Naziroğlu
2018-11-28 : EL SƏNƏTKARIMIZ
2018-11-28 : Sirli Örənqala
SON XƏBƏRLƏR
2018-12-16
2018-12-15
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK