adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Biz bu hala “Damla- Damla” gəlib çıxdıq - Emin Akif

18953 | 2018-03-13 14:50

Damla-damlagopladıq.

Damla da nəyaman Damla imiş ha…

Bugünavtobuslardan birinin üstündə reklama rast gəldim. Damlanın konserti olacaqmış.Fanatları bu məşhur qıza qovuşacaqmış. Pəh!

Əsrimizin əvvəlləriyadıma düşdü. Musiqimizin əl-qol açıb oynayan vaxtları idi. Hərə bir yandan birrəvayət tutuzdururdu. Bunu burada qeyd edim, sonda lazım olacaq. Müstəqillikdövrümüzdən sonra meyxananı yenidən dəbə çevirən ANS kanalı olmuşdu. Bu cümləniyadınızda saxlayın. Hərə bir yandan parıldayıb ulduz olduğunu bəyan edirdi. "Səbuhistudiyası” qalaqrammasıyla kasetlər buraxılırdı. Hər yeni açılan sübh səhəriheç də yaxşı şeylər vəd etmirdi.

Biraz irəlidəbizi müğənnilərin şəxsi həyatlarının gündəmə gəlməyi gözləyirdi. Röya iləFaiqin sevişməklərindən tutmuş, Elarizin videolarına kimi. Üstəgəl, kameralı,musiqili telefonlar da təzə-təzə təşrif buyurmuşdu ölkəmizə. Ölkəyə çəkhaçəkdüşmüşdü. İntim videolar tüğyan edirdi.

Qalmaqallar müğənninlərinhəqiqətən də gündəmdə ya qalmaqlarının, ya da qalmamaqlarının xəbərçisi idi. Ammaqalmaqalla gələnlərin çoxusu nəinki gündəmdə qalmadı, ümumiyyətlə, parıldamamışmusiqi dünyasının səmasından sürüşüb yoxa çıxdılar.

Bir müddətdənsonra meyxanalar hər yeri zəbt etməyə başladı. Ana-bacı, var-yox söyüşləri ilədolu meyxanalar dəbə mindi. Camaat da qulaq asıb "ala, bundakı söyüşfantaziyasına bax e” deyib bu meyxanalardan həzz alırdı. Sonra meyxana aləmibiraz da qabağa getdi. Musiqili meyxana adlı bir janr da qondardılar, adını daqoydular ki, Nizami Rəmzinin yadigarıdır.

Bu fürsətdən ənçox istifadə edən Namiq Qaraçuxurlu, Pərviz Bülbülə, Rəşad Dağlı, Namiq Mənaoldu. Bu dörd ad meyxana aləminin sözü keçən adamlarıdır. Namiq Qaraçuxurlu ilkrəvayətindən biraz keçmişdi ki, musiqili meyxana yolu ilə müğənnilərə meylinisaldı. O, digərləri kimi toy çadırlarında bəy tərifi demədi, ana-bacı söyüşüsöymədi, şabaş yığmadı. Birbaşa şou-biznesin episentrinə düşdü. Əvvəl Könül Kərimovayla,sonra Aygünlə.

Rəşad Dağlıkariyerasının əvvəllərində özünü əməlli-başlı göstərib sonra "xaltura”ya keçdi.Bu "xaltura”nı millət ona görə sevir ki, Rəşad meydangirdi. Səs tonu ilə ənmaymaq misranı belə xridarlarına bal kimi yedizdirə bilir. Dağlı hələ də toymağarlarında söz oynatmağa davam edir.

Namiq Məna dabir vaxtlar həm deyişmələri, həm də musiqili meyxanaları ilə dəbdə idi, ammaonun dəb zamanı elə də uzun çəkmədi. Bu dəfə o, meyxananın adını dəyişdirib bədiyyəqoydu. Yaxşıca da gündəmə gəldi, müzakirə olundu. Öz ətrafına bədiyyəçi gəncləriyığdı. Sonra biznesi biraz da genişləndirib toylarda meyxana deyənlərlə kəllə-kəlləyəgəlib pul da qazandılar. Meyxana-bədiyyə qarşıdurması artıq son nəfəsləriniverir. Bu yaxınlarda da oğlu Mənanı efirə çıxartdı. Ki, oğlum youtube-damilyonlarla baxış toplayıb. Amma bu ata-bala iki Mənaların ikisi bir məna vermir.

Pərviz Bülbüləbir neçə il bundan qabaq özünü bu aləmdə tanıtdırdı. Biraz keçdi, başladımusiqili meyxana deməyə. Gördü ki, yox, təkcə meyxanayla gündəmdə qalmaq olmaz,başladı cavan qızlarla duet oxumağa. Pərviz hələ də elə bilir ki, oxumağa səsivar. Bir-iki şeirinə səbrimi basıb qulaq asmışam. Tövsiyə edirəm ki,uşaqlarınıza qadağa edəsiniz ki, onun şeirlərinə qulaq asmasınlar. Pərvizinsevgi şeirləri polis bölməsindən betərdi. Adam onu tərk edən qadını qabağınaqoyub əməlli-başlı danlayır, görür ki, xeyri yoxdur, təhqir də edir. Məsələn,çox rahatlıqla sevdiyi qadını bazara çıxarıb sata bilir. Sevgini kartofaçevirib tərəziyə də qoymağı bacarır. Və bunun da adını sevgi şeiri qoyur.Adamın poetic düşüncəsi nə qədər alçaq olmalıdır ki, sevdiyi qızı bazaraçıxara, sevgisini tərəziyə qoya. Üstəgəl, bir-iki bayağı mahnı ilə tutuzduranDamla ilə deut oxudumu, paydədəm vay, o kanal qalmadı ki, bunları dəvət etməyə.Damla da nə Damla. Bircə kəlmə deyə bilərəm ki, Damla bir neçə il də belə gücənsə,Allah qorusun, sağlamlığında ciddi fəsadlar yarana bilər.

Hə, beləcə, meyxanaçılar yavaş-yavaş musiqimizə sırınmağa başladılar. Artıq 10 müğənnidən8-i bu meyxanaçıların, bədiyyəçilərin "sözlər”inə bəsətələnmiş mahnılarıoxuyur. Hamısının mahiyyəti "rakka-çiko”dan ibarətdir, eynidir, maraqsızdır.

Bəs, necə olduki, bu "rakka-çiko”lar, məzmunsuz, bayağı mahnılar, adamlar kütlə tərəfindənsevildi? Sosial şəbəkələr haqqında bir deyim var: "Bir gün gələcək, bütünadamlar 15 dəqiqəlik də olsa məşhur olacaqlar”. Həqiqətən də belədir. Sosial şəbəkələrmeydanı o qədər ələ aldı ki, artıq televiziyalar rəqabətə davam gətirməyibreytinq xartirinə şəbəkələrdə məşhurlaşan adamları verilişlərinə dəvət etməyəbaşladılar. Fərqi yoxdur ki, kimdir. Əsas odur, onun verilişdə iştirakı reytinqversin, kütləsi bir dəfə də olsa həmin verilişə baxsın. Məsələn, Kamil Zeynallıadlı bir idmançı var. İdmançı da hansısa güləşçi, karateçi, boksçu deyil ha.Sadəcə trenajor məşqçisidir. Bu adamın xüsusi heç bir istedadı və sənətiyoxdur. Amma şəbəkələrin birində xeyli izləyicisi var. Ona görə də kanallarımızbu adamı tez-tez verilişlərinə dəvət edirlər.

Hətta keçən dəfəəsrin əvvəllərində meydana çıxan Vüsal Əliyev adlı bir müğənninin verilişlərinbirində qonaq olduğunu görüb dayandım. İlahi, Vüsal nə görkəmcə, nə də təfəkkürcəbir qram da dəyişməyib. Yenə o bəsit mahnılarını oxuyur, yenə eyni duruşda,görkəmdə xalqı "feyziyab” edir. Aparıcı onun istedadlı olduğunu sübut etməküçün imkan yaratdı ki, bəstəkar mahnılarından birini oxusun. Vicdanım haqqı,Vüsal oxudu, bacardı. Amma dedi ki, neyləyək, tələbat bunadır.

Bəs, yaxşı, necəolur ki, biz hər il "Yeni il”in gəlişini bayram kimi qeyd edirik? Axı hər gələnyeni il özü ilə yeniliklər gətirməlidir. Ən azından təqvimdəki rəqəmlər təzələnir.Bəs, niyə bu adamlar da, elə Vüsal da "Yeni il”ə gəlib çıxa bilmirlər, geriqalırlar. Çox maraqlı və kədərlidir.

İş o yerə çatdıki, qısa-qısa düşük videolar çəkən vaynerlər də televiziyaya yol tapdılar,reklam çəkilişləri onlara həvalə olundu, komediya filmlərində rol almağa başladılar.Bunların hamısının səbəbi məşhurluqdur. Yəni indi kimin əlinin alıtnda nə boydakütləsi varsa, o boyda da danışmağa haqqı var.

Adını daqoydular ki, xalq belə istəyir, xalqın gözü tərəzidir. Amma unutmadılar ki, tərəzikəmiyyəti ölçür, keyfiyyəti yox.

Həə, elə bu günDamlanın konsertinin reklam posterini avtobusun üstündə görəndə, tüklərimbiz-biz oldu. Vəziyyət belədir. Bir avtobusa minmişik, üzü bayağılığa, mənəviböhrana doğru yol almışıq. Nə saxlayıb cərimələyən var, nə də cərimə meydançasınaaparan. Biz bu hala "Damla- Damla” gəlib çıxdıq. Və bunun hamısının günahıANS-dədir. ANS-in də bizə vurduğu yeganə zərbələrdən biri meyxananı diriltməyidir. Axı, biz hər şeyin şitini çıxaran adamlarıq. Meyxana dirilməsəydi, biz də onu bu qədər bayağılaşdırmayacaqdıq, şitini çıxarmayacaqdıq. 

 

 

TƏQVİM / ARXİV