ANA SƏHİFƏ / Layihə

Müəllim olduğumu unutmuşdum... – DƏRS OTAĞI

7739    |   2018-03-13 17:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Dərs otağı” adlı layihə sayəsində müəllimlərimizin həyat hekayətləri, müəllimlik fəaliyyətləri, şagirdlərlə münasibətlər, yaşadıqları çətinliklər haqqında öyrənə biləcəksiniz. Bizi yetişdirən və cəmiyyətə qazandıran müəllimlərin həyatına işıq tutan layihədə "uşaqların şəhəri"nə də bərabər səyahət edəcəyik. Layihənin hazırkı qonağı Daşkəsən rayonu Dəstəfur kənd tam orta məktəbinin müəllimi Gülnar İsmayıldır.


Qısa tanışlıq

23 yaşım var. Bakıda böyümüşəm. 7 saylı Laçın orta məktəbini bitirmişəm. 2011- ci ildə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə Azərbaycan dili və Ədəbiyyatı ixtisası üzrə təhsil almışam. Klassik, pop musiqi dinləyirəm çox vaxt. Psixoloji, biyoqrafik filmlər izləyirəm. Maraqlarıma gəldikdə isə dinlərlə,insan psixologiyası ilə, yaşanmış insan həyatları ilə iç-içəyəm deyə bilərəm. Müəllim olmağı özüm seçmişəm. Özümü gördüyüm, tapdığım yerdir. 2017-ci ildə müəllimlərin işə qəbul proqramı ilə hazırlaşıb Daşkəsən rayonu Dəstəfur kənd tam orta məktəbində işə başlamışam. Məktəbdə yeni avadanlıqlar yoxdu. Məsələn, elektron lövhələr, proyektor, internet. Amma qalan hər şey yaxşıdır.


Sevgiyə ac uşaqlar…

Müəllim olmaq həvəsi ədəbiyyat, şeir, incəsənət sevgisindən yaranıb. Ədəbiyyat özü də bir incəsənətdir. Və mən incəsənətin bütün növləri ilə maraqlanmışam. Birf çox sahələri maraqlı gəlir. Özümü tapdığım, gördüyüm yerdəyəm. İşimi sevirəm və pul, maaş xatirinə işləmirəm. Maddi tərəflər həmişə var. Amma mənəviyyat olmadan ikincisini düşünə bilmərəm. Belə bir söz var, deyir, sevdiyin, bacardığın işi gör, pil özü gələcək.” Bəzi adamlar elə bilirlər ki, istənilən adam gəlib kənd şəraitində yaşaya, əziyyətlərə qatlana bilər. Əvvəlcədən kənd məktəbində işləyəcəyimi qərarlaşdırmamışdan öncə bu haqda çox düşünmüşdüm. Öz-özümə deyirdim, hara düşsəm ora da gedəcəm. Kənd məktəbini də özüm seçmişəm. Kənddə yaşamağın da çətinlikləri çoxdur. İşıq günlərlə yanmır, su həmişə gəlmir, qaz olmur, çörək satılmır. Bu siyahını uzatsam bitməz. Bütün bu çətinliklərdən qorxmuram, əksinə onları sevməyə başlamışam. Hər şeydə təməl prinsip olaraq sevgini axtarıram. Artıq bu əziyyətləri öyrənmişəm.


Uşaqlar sevgiyə acdılar. Bunu ilk gəldiyim gündən müşahidə etmişdim. Məktəbin ilk günündə uşaqlar məni ciddi, sərt biri kimi bilirlərmiş. Sonralar bu yavaş-yavaş düzəldi. Hələ də deyib, gülürlər indiyiə kimi ki, müəllim ilk gün sərt görünürdüz, qorxmuşduq. Çalışıram onlarla dostuluq münasibətləri quraq, onların çox yaxını olum. Azadlıqlarını qısmamışam, əllərindən almamışam, heç haqqım da yoxdur. Onlar da bunu çox gözəl başa düşürlər. Hətta bədii əsər oxumayan şagirdim belə deyir ki, "müəllimə sizin xətrinizə oxuyuram”. Təki şagirdim belə desin, ancaq oxusun, belə-belə vərdişə çevriləcək.


Gözəl günlər görəcəyik çocuqlar…

Şagirdyönümlü sistemdi hal-hazırda tədris sistemi.Yəni əvvəllər ənənəvi üsulla şagird ikinci planda idisə indi ön planda şagirddir. Çox da bəyəniləndir.Uşaq hüquqlarının tapdanmağına,fikirlərinə əhəmiyyət verilməməsinə, onlara fərd olaraq yanaşılmamasına qarşıyam. Nazim Hikmət deyir ki:

"Gözəl günlər görəcəyik çocuqlar.
Motorları maviliklərə sürəcəyik.”

Bütün uşaqların müharibələrsiz,sağlam yaşacağı bir dünyaları olmağını istəyirəm. Ən çox onlar haqq edir. Uşaqların dünyaları böyüklərdən fərqlidir. Oyuncaqları fərqli, əyləncələri fərqli, həyata baxışları fərqli. Onlarla daha çox vaxt keçirməyə çalışıram. Bəzən adamlar fikirləşirlər ki, onlar özlərinə məxsus cavabları, özlərinəxas davranışları var. Hələ yetişməmiş olsalar da. Onlarla ünsiyyətdən yorulmuram, doymuram. Rəngarəngdirlər…


Ən zəif şagirdim...

Uşaqlar çox həssadırlar. Onlara olan sevgini, qayğını tez hiss edirlər. Tez küsüb, tez də barışırlar. Adi bir kəlimə ilə belə qəlblərini əla almaq mümkündür. Çox vaxt adam özünü nağıllar aləminə düşmüş kimi hiss edir. Bir dəfə Çingiz Aytmatovun "Manqurt” əsərini müzakirə edirdik. Müharibənin gətirdiyi bəlalardan, insan hüquqlarından, ana, övlad sevgisindən danışırdıq. Əsərdəki Nayman ana obrazı ilə bağlı şagirdlərin fikirləri heç gözləmədiyim qədər məni təəccübləndirmişdilər. Ən zəif oxuyan şagirdim belə əsərdən təsirlənib maraqlı fikir bildirmişdi.

Maddiyyata çox əhəmiyyət verən biri deyiləm. Uşaqları döyməmişəm. Döyülmək olsa da sözlə olur. Uşaqları vurmağa ürəyim gəlməz. Çox mehriban, çox da səmimidirlər. Bəzən ana bala, bəzən dost, hərdən qəddar dərs tələb edən müəllim, bəzən də şagird...


Şəxsiyyət azadlığının tərəfdarıyam. Sıxılmırlar, çəkilmirlər. Heç vaxt görmədikləri bir ortam yaratmışıq birlikdə. Müəllimlərinə şeir də yazırlar, məktub da, kitab da.

Bir dəfə dərsdə "Ana ürəyi” əsərini keçirdik. İki nəfər ataları rəhmətə gedən 5-ci sinif şagirdlərim atalarından da danışmaq istədilər. Mən də etiraz etmədim. Dərsin sonunda müəllim olduğumu unutmuşdum. Uşaqlara qoşulub bütün sinif göz yaşlarına boğulmuşduq. Sonra özümü əla alıb bir-iki cümlə deyib, içimdə kədərlə, üzlərində təbəssümlə sinifdən çıxdım.


Müəllimin nüfuzu

Məncə müəllimin nüfuzu düşməyib. Bazarda kartof satana da "müəllim” demələrini çıxmaq şərtiylə. Və təbii ki hər şey insanın şəxsi keyfiyyətlərindən və savadından asılıdır. Elə müəllim ola bilər ki, o bizim "müqəddəsləşdirdiyimiz” adamlardan çox dəyər, bilik aşılasın. Məhz bu səbəbdən ötəri müəllim müqəddəsdir. Dərsdən əlavə uşaqlarla evdə hazırlıq dərsləri çalışırıq. Uşaqlar oxumağa, savadlanmağa meyillidirlər. Bu hal məni sevindirir, onlara olan diqqətimi, sevgimi daha da artırır.

Uşaqlarla ara-bir kiçik problemlərimiz olur. Ancaq belə şeylər hər yerdə, hər işdə var. Səmimi münasibətlət, çalışqan şagirdlər, dəyərlər itmədikcə çox da gözə görünmür o problemlər. Məktəbimizin kitabxanasında bədii kitablar azdır. Bu xoşumuza gəlmir. Bir də onu deyim ki, köhnə müəllimlərin uşaqları əzməyə çalışmaları problem olaraq qalır. Uşaqlara şeir, mahnı, hekayələr, satiralar nə tapsam oxuyuram. Daha çox Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Nazim Hikmet, Abbas Səhhət və başqaları. Ədəbiyyat oxumaları hər zaman üçün vacib, önəmlidir.


Bütün şagirdlərim doğmadı mənə. Çox bağlıyam onlara. Fərq qoya bilmirəm. Ana balalarına fərq qoymayan kimi. Aysu adlı şagirdim var. Onu hər öpəndə deyir ki, daha üzümü yumayacam. Hər bir uşağın öz gözəl tərəflərini kəşf etməyə çalışıram.

Qadın olaraq yaşamaq nəyinki kənddə və ya şəhərdə dünyanın hər yerində çətindir. Amma Hüseyn Cavidin ifadəsini eqoistlik kimi çıxsa da deməyə bilmərəm.”Sürüklənən bəşəriyyət qadınla yüksələcək...”


Bakıya gedərsiz, bizi tərk edərsiz...

Hər həftə uşaqlara yeni bədii uşaq ədəbiyyatları paylayıram. Dünyagörüşləri, oxu vərdişləri artsın deyə. İndi çox da başa düşməsələr də onların həyatında kitabın önəmi vacib olacaq. Hər dəfə kitab oxuyub bitirəndə gəlib mənə danışırlar. Keçirdikləri hissləri bölüşürlər. Onlarla hər gün maraqlıdır. Bəzən boş dərsləri olanda belə deyirlər ki, müəllim siz keçin dərsi. Təsəvvür edirsiz, hələ bir dəfə mənə nə deyiblər?

"Müəllim bütün fənnlərin dərs saatlarını sizə versinlər, siz keçin. Siz də varlı olun, biz də. Siz maddi, biz mənəvi. Fikirlərini dəyişib, davam edirlər. Yox e müəllim varlı olsanız, Bakıya gedərsiz, bizi tərk edərsiz. Mən də bu sözlərə təbəssümlə cavab verirəm.

Maraqlı hadisələr çox olur. Uşaqlar deyirlər ki, kənddən getməyinizə yol verməyəcəyik. Yollara daş düzəcəyik ki, gedə bilməyəsiniz.


Haqqım yoxdur...

7-ci sinfim var. Sinif rəhbərləriyəm. Özləri direktordan min xahişlə, tələblə elə istəiblər ki, Günlar müəllimə bizim sinfin rəhbəri olsun. Mən də sevə-sevə qəbul eləmişdim. Hər zaman da çalışıram güvənlərini doğruldam. Sinifdə bir uğur ağacımız var. Uşaqların balacalıq şəkillərini yapşdırmışam üzərinə. Özlərinə deyirəm, böyüyüb gözəl ağac olacaqsınız. İndi hələ fidansınız. Onlar da məndən xahiş ediblər ki, öz şəkilimi də gətirib ən üstdən yapşıdırım. Çox enerjili, sevgi dolu yumaqdırlar. Düzü, bilmirəm onların bu qədər səmimi, içdən sevgilərinə layiqəm ya yox. Onlardan necə ayrılacağımı belə düşünəndə kövrəlirəm. Uşaqlar dilə gəlir ki, haqqım yoxdur onlara öyrəşəndən sonra tərk etməyə. Düz deyirlər əslində.


Son

Bəzi adamlar deyir ki, sən adi bir müəllimsən, nə edə bilərsən ki?! Bu fikirlə qətiyyen razı deyiləm. Bu yaxınlarda bir fikir oxudum.”Bir nal bir atı,bir at bir sərkərdəni, bir sərkərdə bir ordunu, bir ordu isə bir dövləti qoruya bilər.”

Və gücsüz olduğumu düsünmürəm. Çünki uşaqların fikirləri daim deyişir, formalaşır. Gəncin enerjisi, yaşam həvəsi çox olur – deyirlər. Bir anlıq düşünün ki, sizin enerjinizlə, düşüncələrinizlə böyüyən nəsil yetişir... Bir uşağın ümidi, həvəsi, məhz sizsiz. Məgər bundan yaxşı şey ola bilər?! Bunlar balaca məsələlər kimi görünə bilər, amma gürünməyən tərəflərə baxmaq lazımıdr. Düşünürəm ki, sağlam cəmiyyət, sülh olan dünya yarada bilməsək də doğru yoldayıq. Dünyanı gözəlləşdirəcəyimə inanıram. O gücü özümdə hiss edirəm. Və bu tək məndə deyil, hər kəsdə var. Yetər ki istək olsun. Yetər ki içimizdəki gücə, sevgiyə inanaq. O sevgini, enerjini bütün qəlblərə ötürə bilək.

Kənd məktəbləri şəhər məktəblərindən savadlı kadr çatışmazlığına, avadanlıqların olmamasına görə də fərqlənir. Düzdü, yavaş-yavaş bu problemin də həllinə çalışırlar. Məncə zamanla daha da yaxşı nəticə olacaq.

Burda bayramlar da çox maraqlı, rəngli keçir. Novruz bayramı ərəfəsində uşaqlar fevraldan yumurta döyüşləri keçirməyə başlayırlar. Bir də görürsən ki, sinifə yumurta ilə girilər. Xüsusi Xıdır Nəbi mərasimi edirlər. Qovurğa qovururlar, uşaqların hərəsi bir pay gətirir, çərşənbələrdə odun gətirib, gəlirlər ki, həyətdə bir yerdə qalayaq.



İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK