adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 Mart 2018 12:27
11049
MƏMLƏKƏT
A- A+

Nazirlikdən ətin ucuzlaşma xəbərinə REAKSİYA - QİYMƏTLƏR

Bakıda mal və qoyun ətinin ucuzlaşması ilə bağlı məlumatlar yayılıb. Məlumatda bildirilir ki, bir neçə gün əvvələ qədər 11 – 11 manat 50 qəpiyə satılan mal ətinin qiyməti 9-10 manata, 13 manata təklif edilən qoyun ətinin qiyməti isə 12 manata enib.

Xüsusilə bayram ərəfəsində qiymətlərdə azalmanın olması inandırıcı görünmür. Çünki Azərbaycanda yaranmış qeyri-ənənəvi tendensiyaya görə, hər il bayramqabağı bütün məhsullarda bahalaşma qeydə alınır.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi İcmallaşdırma və statistik təhlil şöbəsi müdiri Firdovsi Fikrətzadə bildirib ki, mal və qoyun ətinin qiymətlərində dəyişiklik olmayıb.

Nazirlik rəsmisi bazarlarda təklif edilən ətin pərakəndə satış qiymətlərini təqdim edib:

İribuynuzlu heyvan əti (yaşlı, sümüklü) 6.50-7.00

İribuynuzlu heyvan əti (yaşlı, sümüksüz) 8.50-9.00

İribuynuzlu heyvan əti(cavan,sümüklü) 10.00 - 11.00

İribuynuzlu heyvan əti (cavan, sümüksüz) 14.00-15.00

Xırdabuynuzlu heyvan əti (yaşlı) 7.00-8.00

Xırdabuynuzlu heyvan əti (cavan) 11.00 -12.00

Qeyd edək ki, 2015-ci ildə baş verən iki devalvasiyadan sonra ərzaq və qeyri-ərzaq məhsulları sürətlə bahalaşıb. Devalvasiyadan əvvəl dana ətinin qiyməti 7 manat 7 manat 50 qəpik, quzu əti isə 8 manat 8 manat 50 qəpik olub. Sürətli bahalaşma ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsinə rəvac verib.