adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Mart 2018 12:04
17744
SİYASƏT
A- A+

“Azərbaycan deklorativ bəyanatlar verən ölkələrdən deyil”

"Mən tədbirdə iştirak edən ATƏT Parlament Assambıleyasının rəhbərliyinə öz təşəkkürümü bildirirəm ki, Assambleyanın bütün imkanları hesabına belə bir qrupun yaradılmasına qoşulublar. Çindən başlayan İpək Yolu Avropanın ən ucqarlarına qədər gedib çıxır. Azərbaycan ATƏT PA-nın üzvü olaraq belə tədbirlərin təşkil edilməsi vasitəsi ilə ATƏT regionunda sülhə, təhlükəsizliyə töhfə vermək istədiyini sübut edib”.

Bunu Bakıda "İpək Yolu Boyunca İqtisadi Əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

Vitse-spiker bildirib ki, Azərbaycan İpək Yolundan faydalanan ölkələrə imkanlar yaradan ölkələrdən biridir.

"Parlamentarilərin bu məsələyə qoşulması və dəstək verməsi, təşviq etməsinin çox böyük əhəmiyyəti var. Azərbaycan İpək Yolunun bərpa olunması üçün deklorativ bəyanatlar verən ölkələrdən deyil. Azərbaycan böyük layihələrdə iştirak edir, ötən il Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Eyni zamanda Azərbaycan dəniz limanı infrastrukturna investisiya yatırır. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsində iştirak edir. Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan bugünkü tədbirin keçirilməsinə təşəbbüskar olmaq haqqı olan ölkələrdəndir”.(modern.az)